Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım günü keçirilib -(Azpress.AZ-B.Ağaddin, Lənkəran+FOTO=3)

Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım günü keçirilib -(Azpress.AZ-B.Ağaddin, Lənkəran+FOTO=3)

Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım günü keçirilib-(Azpress.AZ-B.Ağaddin, Lənkəran+FOTO=3) 

 


Noyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının ildönümü münasibətilə onun adını daşıyan Lənkəran şəhər mədəniyyət və istirahət parkındakı büstünün qarşısında anım mərasimi keçirilib. Azpress.AZ xəbər verir ki, mərasimə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəsmiləri, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, ictimai birliklərin təmsilçiləri, məktəblilər və ictimaiyyətin nümayəndələri qatılıblar.

 

Tədbir iştirakçıları Milli Qəhrəman Əsgər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyevə dərin hüznlə başsağlığı verərək, cəsur kursantın xatirəsinin həmişə xalqımız tərəfindən hörmətlə anıldığını, onun şərəfli ömür yolunun məktəblilərə, gənclərə örnək olduğunu bildirib.

 

Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev də öz növbəsində onun övladının xatirəsinə bəslənilən ehtirama görə ölkə prezidenti cənab İlham Əliyevə, ŞİH-nin rəhbərliyinə, qədirbilən Azərbaycan xalqına ailəsi adından minnətdarlığını çatdırıb.

 

Qeyd edək ki, Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində anadan olub. 1982-1992-ci illərdə orta təhsil alıb. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 4 yaralını xilas edərkən aldığı iki güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Azərbaycan prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əsgər Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]