Zəfər Günü ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin binasında Azərbaycan bayrağı proyeksiya olunur

Zəfər Günü ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin binasında Azərbaycan bayrağı proyeksiya olunur

Tarixi qələbənin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər günündə Heydər Əliyev prospektində yerləşən Milli Hidrometeorologiya Xidmətinin binasının üzərində hazırda xüsusi işıqlandırma ilə dövlətimizin qüdrətinin atributu və qələbə rəmzimiz olan Azərbaycan bayrağı proyeksiya olunur.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, biz də Zəfər Gününün qürurunu möhtəşəm bayraq kompozisiyası ilə nümayiş etdirərək ölkəmizdəki bayram əhval-ruhiyyəsinə öz töhfəmizi veririk.

"9 noyabr Bayraq Günündə də Dövlət bayrağımız binanın üzərində dalğalanacaq.

Sonrakı günlərdə isə gündəlik hava məlumatları əks olunacaq".

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]