Ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Xocasəndə də ağac əkilib - FOTO

Ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Xocasəndə də ağac əkilib - FOTO

Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə 8 noyabr-Zəfər Günündə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Xocasən gölü ətrafında ağacəkmə aksiyası keçirilib.
 

Nazirliyin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə  keçirilən ağacəkmə kampaniyası zamanı 2 hektar ərazidə 2000 ədəd  Eldar şamı və zeytun ağacları əkilib.
 

Qeyd edək ki, ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində  əkilən ağaclar ETSN-in tinglik sahələrində yetişdirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]