Akif Ağayev: Masallıda qazilərlə görüş keçirilib +FOTO=6

Akif Ağayev: Masallıda qazilərlə görüş keçirilib +FOTO=6

Akif Ağayev: Masallıda qazilərlə görüş keçirilib +FOTO=6

 

“Masallı gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.

 

Zəfər Gününə həsr edilmiş tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

“Masallı gənclər evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov, psixoloqu Ramal Şükürov və başqaları çıxışlarında qeyd ediblər ki, 44 gün sürən hərbi əməliyyatlarda rəşadətli Ordumuz 300-dən artıq yaşayış məntəqəsini, o cümlədən mühüm strateji yüksəklikləri işğaldan azad etdi: ”Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə tarixi Zəfər salnaməsi yaratdıq – hər birimiz bir yumruq kimi eyni amal uğrunda birləşməyi bacardıq...”

 

Sonda qazilərə fəxri fərmanlar təqdim edilib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]