Akif Ağayev: Masallının Ərkivan Futbol Klubu səfərdən xalla qayıdıb +FOTO=2

Akif Ağayev: Masallının “Ərkivan” Futbol Klubu səfərdən xalla qayıdıb +FOTO=2

Akif Ağayev: Masallının “Ərkivan” Futbol Klubu səfərdən xalla qayıdıb +FOTO=2

 

AFFA-nın təşkil etdiyi Region Liqasının yeni mövsümünün ikinci turu çərçivəsində Masallının "Ərkivan" futbol klubu səfərdə Cəlilabadın "Ümid" futbol klubu ilə qarşılaşıb.

 

Noyabrın 7-də Cəlilabad şəhər mərkəzi stadionunda keçirilən oyun öncəsi şəhidlərimizin xatirəsi anılıb, Dövlət himnimiz səslənib.

 

Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan masallılar 15-ci dəqiqədə fərqləniblər. Futbolçumuz Əflatun Məmmədov rəqiblərin torunu silkələyib.

 

İlk hissənin sonunda “Ümid” bərabərliyə nail olub.

 

Fasilədən sonra qarşı tərəf 56-cı dəqiqədə hesabda irəli çıxmağa müvəffəq olub. Lakin onların sevinci çox çəkməyib. 78-ci dəqiqədə rəqib qapısına yol tapan Mirmunis Tağıyev tarazlığı bərpa edib – 2:2.

 

Səfərdən xalla qayıdan “Ərkivan” FK 4 xalla qrupda liderliyini qoruyur.

 

Akif AĞAYEV,
MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]