Bakı Kitab Mərkəzində Şuşa haqqında portalın təqdimatı və Zəfər gününə həsr olunmuş musiqili axşam keçirilib +FOTO=17

Bakı Kitab Mərkəzində Şuşa haqqında portalın təqdimatı və Zəfər gününə həsr olunmuş musiqili axşam keçirilib +FOTO=17

Bakı Kitab Mərkəzində Şuşa haqqında portalın təqdimatı və Zəfər gününə həsr olunmuş musiqili axşam keçirilib +FOTO=17

  

Bakı Kitab Mərkəzində Şuşa haqqında portalın təqdimatı və Zəfər gününə həsr olunmuş musiqili axşam keçirilib Noyabrın 5-də Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı keçirilib. İşçi qrupunun üzvü Zaur Məmmədov portal haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, portal Şuşada bu günə kimi baş verən hadisələri, şəhərin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb. 8 Noyabr - Zəfər gününə həsr edilən mərasimdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq rəssamı Fərhad Xəlilov, dövlət və ictimai xadim Elmira Süleymanova, BKM-nin direktoru Günel Anarqızı, “ASAN” radiounun direktoru Emin Musavi çıxış etdilər. Tədbirdə Xalq artistləri Əvəz Abdulla, Mehriban Zəki, Murad Hüseynov, Əməkdar artistlər Fərqanə Qasımova, Azər Zadə, beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə və digər sənətçilərin ifalarından ibarət maraqlı musiqili proqram təqdim olundu.  Həmçinin, 2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərininZəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət ekspozisiya nümayiş olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]