Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsinə daha bir abidə ucaldılıb- (AZpress.AZ-B.Ağaddin +FOTO=4)

Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsinə daha bir abidə ucaldılıb- (AZpress.AZ-B.Ağaddin +FOTO=4)

Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsinə daha bir abidə ucaldılıb-  (AZpress.AZ-B.Ağaddin +FOTO=4)

 

Lənkəran rayonunun Girdəni kəndində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə tikilmiş abidə-kompleksinin açılış mərasimi keçirilib. AZpress.AZ xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri, şəhid ailə üzvləri, Qarabağ qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidə kompleksi üzərinə tər çiçəklər düzülüb. Daha sonra İcra başçısı çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun erməni işğalçılarını darmadağın etdiyi 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından bir il ötür. Bu qanlı-qadalı müharibədə qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı zərbələr vuran igidlərimiz arasında lənkəranlı gənclərin də vətən torpaqlarının işğaldan azad olunması yolunda həyatlarını qurban verib şəhidlik zirvəsinə yetişdiklərini, həmçinin yaralanaraq qazi olduqlarını bildirib.

 

Lənkəranda Vətən müharibəsi şəhidlərinə və qazilərə böyük ehtiramın bəslənildiyini, xatirələrinin əbədiləşdirilməsi məqsədilə adlarına bulaqların tikilildiyini, xatirə lövhələrinin vurulduğunu, ad və anım günləri ilə bağlı tədbirlərin, mərasimlərin keçirildiyini diqqətə çatdıran natiq onların vətən qarşısında xidmətlərinin əbədi xatirə kimi bundan sonra da daim yaşayacağını, hər zaman gənc nəslə örnək olacağını əminliklə söyləyib.

 

İcra başçısı çıxışının sonunda 8 Noyabr Zəfər günü münasibətilə şəhid ailələrini, qaziləri və mərasim iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıb.

 

Daha sonra çıxış edən şəhid anası Bəyimağa Ağayeva, Girdəni kənd Ağsaqqallar Şurasının sədri Məmmədxan Kərimov və Girdəni kənd sakini Namiq Bağırov Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını yüksək dəyərləndirərək onların xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən davamlı işlərə görə ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını çatdırıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]