LƏNKƏRAN TEATRININ VƏFALI SƏRİYYƏ Sİ ASTARADA- (AZpress.AZ-B.Ağaddin +FOTO=10)

LƏNKƏRAN TEATRININ “VƏFALI SƏRİYYƏ”Sİ ASTARADA- (AZpress.AZ-B.Ağaddin +FOTO=10)

LƏNKƏRAN TEATRININ “VƏFALI SƏRİYYƏ”Sİ ASTARADA- (AZpress.AZ-B.Ağaddin +FOTO=10)

 

Noyabrın 4-də Lənkəran Dövlət Dram Teatrının truppası Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş” tamaşası ilə Astara Rayon Mədəniyyət Mərkəzinin binasında çıxış edib. Azpress.AZ-nın bölgə müxbiri xəbər verir ki, ailə-məişət mövzusundan bəhs edən bu səhnə əsərində cəmiyyətin mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsir kəskin tənqid atəşinə tutulur.

 

Tamaşaçılar tərəfindən maraqla qarşılanan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

 

Rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]