Masallıda Voleybol idman növü üzrə rayon birinciliyinə yekun vuruldu- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)
Bu xəbəri paylaş
Masallıda Voleybol idman növü üzrə rayon birinciliyinə yekun vuruldu- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)
2 və 3 noyabr 2021-ci il tarixlərdə Boradigah qəsəbə İdman zalında Masallı rayon Gənclər və İdman idarəsinin və Uşaq-Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə "Zəfər Günü"nə həsr olunmuş məktəblər arasında Voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda 8 məktəb komandası iştrak etmişdir. Yekun nəticəyə əsasən I yerə Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin komandası , II yerə Türkoba kənd S.Vurğun adına tam orta məktəbin komandası , III yerə isə Tüklə kənd Ə.İbadov adına tam orta məktəbin komandası layiq görülmüşdür.
Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Şahmat məktəbi tərəfindən diplomlarla mükafatlandırılmışlar.
ƏLİHÜSEYN ŞÜKÜROV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


