Akif Ağayev: Region Liqası nda Ərkivan FK-nin ilk qələbəsi +FOTO=3

Akif Ağayev: “Region Liqası”nda “Ərkivan” FK-nin ilk qələbəsi +FOTO=3

Akif Ağayev: “Region Liqası”nda “Ərkivan” FK-nin ilk qələbəsi +FOTO=3

 

 

 

“Region Liqası”nda Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu ilk qələbəsini qazanıb.
Çempionatda ilk qarşılaşmasını oktyabrın 31-də Qaradağ rayonunun “Qobustan” komandası ilə keçirən komandamız rəqibini 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Masallı şəhər mərkəzi stadionundakı oyun öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Görüşün 16-cı dəqiqəsində 16 yaşlı futbolçumuz Bilal Əliyevin vurduğu qol ilk hissənin taleyini həll edib.

 

İkinci yarımhissədə də Masallı idmançıları üstünlüyü əldən verməyiblər. 52-ci dəqiqədə Nicat Babayev, 69-cu dəqiqədə isə “Ərkivan” FK-nin kapitanı Asəf Həşimov rəqib qapısına yol tapıb – 3:0.

 

Qarşı tərəf isə matçın son dəqiqələrində iki dəfə 11 metrlik cərimə zərbəsindən yararlanmağı bacarıb – 3:2.

 

Akif AĞAYEV,
MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]