Masallıda şahmat idman növü üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=10)

Masallıda şahmat idman növü üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=10)

Masallıda şahmat idman növü üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=10)

 

31 oktyabr-1 noyabr 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə COVİD-19 Pandemiyası nəzərə alınaraq, Uşaq-Gənclər İdman Şahmat məktəbində “Zəfər Günü”nə həsr olunmuş uşaqlar və yeniyetmələr (Oğlanlar və qızlar) arasında Şahmat idman növü üzrə Masallı rayon birinciliyi keçirilib.

 

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildiş

 

Yarışın mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək , idmançıları qarşıdan gələn “Zəfər Günü” münasibəti ilə təbrik edərək bildirdilər ki, 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.

 

İki gün davam edən Rayon birinciliyinin yekun nəticəsinə əsasən:

 

14 yaşlı oğlanlar arasında birinci yerə Heydə Hüseynzadə, ikinci yerə Amil Həşimov, üçüncü yerə Bulud Aslanov layiq gorülmüşdür.

12 yaşlı oğlanlar arasında birinci yerə Miryunis Sadıqzadə, ikinci yerə Kənan Həsənov, üçüncü yerə Saleh İmaməli layiq görülmüşdür.

10 yaşlı oğlanlar arasında birinci yerə Nihad Həsənov, ikinci yerə Cavidan Kazımov, üçüncü yerə Çıraq Tahirli layiq görülmüşdür.

8 yaşlı oğlanlar arasında birinci yerə Fazil Məhərrəmli, ikinci yerə Taleh İmaməli, üçüncü yerə Xanoğlan Abdinov layiq görülmüşlər.

14 yaşlı qızlar arasında birinci yerə Zeynəb İmaməli, ikinci yerə Leyla Bağırzadə, üçüncü yerə Zeynəb Quliyeva layiq görülmüşlər.

12 yaşlı qızlar arasında birinci yerə Lalə Ağacanova, ikinci yerə Rəna Həşimova , üçüncü yerə Nərmin kazımova layiq görülmüşdür.

10 yaşlı qızlar arasında birinci yerə Nisə Təhməzli , ikinci yerə Aylin Qəniyeva, üçüncü yerə Aydan Qaraşlı layiq görülmüşdür.

8 yaşlı qızlar arasında birinci yerə Surayyə Ağacanova , ikinci yerə Zöhrə Təhməzli layiq görülmüşlər .

Rayon birinciliyində qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Şahmat məktəbi tərəfindən diplomlarla mükafatlandırılmışdırlar.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]