Seuldakı diaspor üzvlərimiz koreyalı deputatla görüşüb - FOTO

Seuldakı diaspor üzvlərimiz koreyalı deputatla görüşüb - FOTO

Seul şəhərində fəaliyyət göstərən Buta Azərbaycan-Koreya Dostluq Assosiasiyası rəhbərliyi Koreya Respublikası Parlamentinin üzvü, Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri So Byonq-Su ilə görüşüb.


Koreyanın Milli Assambleyasında baş tutan görüş zamanı iqtisadi, mədəni və digər sahələr üzrə əlaqələrin daha da gücləndirilməsini hədəfləyən fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Assosiasiyanın sədri Cəmil Vəliyev ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafı istiqamətində diaspor təşkilatının həyata keçirdiyi və gerçəkləşdirilməsini nəzərdə tutduğu layihələr barədə ətraflı məlumat verib.
 

Görüşün sonunda koreyalı deputata Azərbaycan haqqında kitablar, “Qarabağ xanəndələri” musiqi albomu və “Xarı Bülbül” nişanı hədiyyə edilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]