Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təlim keçib +FOTO=17

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təlim keçib +FOTO=17

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təlim keçib +FOTO=17

 

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssisi, onkoloq həkim, prof. dr. Berrin
Pehlivan Azərbaycana səfəri çərçivəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar
İnstitutunda olub.

 

O, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova ilə görüşüb.
Görüşdə akademik İradə Hüseynova iki qardaş ölkə arasında bütün istiqamətlər üzrə davam edən
əməkdaşlıq əlaqələrindən bəhs edib. Həmçinin bu yaxınlarda ildönümü qeyd olunacaq Azərbaycanın
möhtəşəm Qələbəsindən söz açıb. Vitse-prezident bildirib ki, 44 gün davam edən ikinci Qarabağ
müharibəsi dövründə qardaş Türkiyə Azərbaycanın yanında olmuş, mənəvi dəstək göstərmişdir.
Görüşdə gələcəkdə B.Pehlivanın rəhbərlik etdiyi klinika və Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulması, yeni metodların tətbiqi,
birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd edilib.

 

Daha sonra prof. Berrin Pehlivan institut əməkdaşları üçün təlim keçib.

 

Qonağı kollektivə təqdim edən akademik İradə Hüseynova artıq 3-cü dəfədir ölkəmizə səfər edən
professor Berrin Pehlivanın onkologiya sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb.
Akademik İradə Hüseynova Berrin Pehlivanın Hacettepe Universiteti Tibb fakültəsi məzunu
olduğunu bildirib, alimin Boston Universitetinin Radiasiya Onkologiyası Bölməsində tədqiqatlar
apardığını və təcrübə keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, uzun müddət xaricdə fəaliyyət
göstərmiş Berrin Pehlivan xərçənglə mübarizədə qlobal texnologiyaların tətbiqi ilə bağlı
araşdırmalar aparıb, Fransa və İsveçrədə şiş hüceyrələri ilə bağlı bir çox elmi tədqiqat işlərində yer
alıb. 

 

AMEA-nın vitse-prezidenti türkiyəli professorun azərbaycanlı xərçəng xəstələrinin müalicəsində
yaxından iştirak edərək, onların öz sağlamlıqlarına qovuşmasında böyük rol oynadığını bildirib.
Əlavə edib ki, Berrin Pehlivan hazırda Türkiyədə həkimlik fəaliyyəti ilə məşğul olmaqla yanaşı,
həm də mühüm elmi tədqiqat işləri üzərində çalışır.

 

Sonra prof. Berrin Pehlivan “İnsan genomu layihəsi onkoloji yanaşmanı necə dəyişdirdi?”
mövzusunda məruzə ilə çıxış edib. O, artıq 20 ildir ki, radiasiya onkologiyası sahəsində fəaliyyət
göstərdiyini bildirib. Qeyd edib ki, illər öncə xərçəng xəstəliyi müalicə olunmayan xəstəliklər
sırasına daxil olsa da, müasir dövrdə onun müalicəsi mümkündür. Alimin sözlərinə görə, molekulyar
onkologiya istiqamətinin inkişafı və bu sahədə son texnologiyaların tətbiqi sayəsində hazırki dövrdə
xərçəngin müalicə edilə bilən xəstəlik olduğunu demək mümkündür.

 

Məruzəçi “İnsan genomu layihəsi”nin həyata keçirilməsi ilə şiş xəstəlikləri sahəsində böyük
irəliləyişin əldə olunduğunu qeyd edib, kimyaterapiya, funksional MRT-nin üstünlükləri,
radioterapiya cihazlarının inkişaf mərhələləri, orqana əsaslanan yanaşmalar barədə məlumat verib.

 
Berrin Pehlivan bildirib ki, ağciyər xərçəngi sahəsində ABŞ Qida və Dərman
Administrasiyası (FDA) tərəfindən təsdiqlənən dərmanların sayında 2010-cu illə müqayisədə 2019-
cu ildə böyük artım olmuşdur: “Artıq standart dərmanlar əvəzinə pasiyentə fərdi yanaşaraq onun
mövcud vəziyyətinə, şişin növünə uyğun dərman vasitələrinin tətbiq olunmasına üstünlük verilir”.
O, xərçəngin müalicəsində tətbiq olunan kimyaterapiya, radioterapiya, cərrahi üsullar və onların
məqsədindən bəhs edib, radioterapiyada tətbiq olunan müasir texnologiyaları diqqətə çatdırıb. Qeyd
edib ki, doğru hədəflənmə ilə xəstənin ömrünü uzatmaq, yan təsirləri azaltmaq, həyat səviyyəsini
yüksəltmək, eləcə də yeni müalicə strategiyalarını tətbiq etmək mümkündür.
Türkiyəli professor, həmçinin immunoterapiya, definitiv kimyaradioterapiya, radioterapiyanın
gələcəyi hesab olunan flaş radioterapiya, protonterapiyanın üstünlükləri barədə ətraflı məlumat
verib.
Məruzə ətrafında aparılan geniş müzakirələrdə akademik İradə Hüseynova, biologiya elmləri
doktoru Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları - Samirə Rüstəmova, Sədaqət
Əsədova,  Ələmdar Məmmədov, İsmayıl Zülfüqarov, Səmra Mirzəyeva, Maya Xanışova,
Nurməmməd Mustafayev, eləcə də Zərintac Rüstəmova, Lalə Axundova və Günay İsmayılova
iştirak ediblər.
Müzakirələrdə xərçənglə mübarizədə protonterapiya, hədəfli terapiya, radioterapiya, kimyaterapiya,
immunoterapiyanın tətbiqi, genlərdə baş verən mutasiyaların şiş hüceyrələrinin yaranmasına təsiri,
COVID-19-un insan orqanizmində yaratdığı dəyişikliklərlə bağlı suallar cavablandırılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]