Şəhid Nicat Həsənquliyevin medalı anım günündə ailəsinə təqdim edilib - FOTO

Şəhid Nicat Həsənquliyevin medalı anım günündə ailəsinə təqdim edilib - FOTO

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış kiçik çavuş, əslən Ağdam rayonundan olan Nicat Həsənquliyevin “Cəbrayılın azad olunmasına görə” medalı atasına təqdim edilib.

 



Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.


Əvvəlcə şəhidin Şəhidlər xiyabanındakı məzarı ziyarət olunaraq önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.


Çıxış edənlər Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağını və dövlətin daima şəhid ailələrinin yanında olacağını bildiriblər.


Anım mərasimində İsmayıllıda fəaliyyət göstərən Ağdam rayon 30 saylı məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə iştirak ediblər.


Daha sonra şəhidin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub.


Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]