Ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığının artırılması layihəsi (B.Ağaddin, Masallı, +FOTO=5)

Ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığının artırılması layihəsi (B.Ağaddin, Masallı, +FOTO=5)

Ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığının artırılması layihəsi (Ağaddin Babayev, Masallı, +FOTO=5)

 

Masallı rayonundakı Mololon kənd ümumi orta məktəbində “Maliyyə savadlılığı” klubunun təşkilatçılığı ilə keçirilən ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığının artırılması layihəsinin təlim mərhələsi yekunlaşıb.

 

Layihə rəhbəri Könül Qənbərovanın AZpress.AZ-a verdiyi məlumata görə, bu mərhələdə 6 ucqar kənd məktəbinin 30 şagirdi üçün təlim-görüşlər təşkil olunub. Təlim-görüşlər bitdikdən sonra xüsusi yaradılmış jürinin köməyi ilə ən maraqlı təqdimatın, inşa və digər kiçik layihələrin mükafatlandırılması nəzərdə tutulub.

 

Müsabiqə iştirakçılarının işləri layihənin sonunda çap olunacaq jurnalda ətraflı şəkildə işıqlandırılacaq. Həmçinin müsabiqə qalibləri ilə yanaşı layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə bir neçə nominasiya üzrə mükafat və diplomlar təqdim olunacaq. Təlimlər və müsabiqə bitdikdən sonra layihənin davamlılığını təmin etmək üçün iştirakçı 6 ucqar kənd məktəbində “Maliyyə savadlılığı” klubları yaradılacaq.

 

Layihənin başlıca məqsədi 6 ucqar kənd məktəbinin şagirdlərinin iqtisadi - maliyyə savadlılığının artırılması, yığım mədəniyyətinin formalaşdırılması, qənaət və israf, pulun tarixi və büdcə anlayışı mövzularında maarifləndirilməsi, şagirdlərin müasirləşməsi və dünyagörüşünün artırılması, həmin məktəblərdə “Maliyyə savadlılığı” klublarının yaradılması, həmçinin bu tip layihələrin inkişafına təkan verməkdir.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]