Macarıstanda Azərbaycan derbisi - İNTİQAM təqdim edir (AZpress.AZ)

Macarıstanda Azərbaycan derbisi - İNTİQAM təqdim edir (AZpress.AZ)

 VOLEYBOL
-------------------------------------------------------------------
Macarıstanda Azərbaycan derbisi


Azərbaycanın qadın volebol yığmasının Macarıstan çempionatında çıxış edən üzvləri növbəti oyunlarına çıxıblar. Maraqlıdır ki, adıçəkilən ölkənin çempionatında Azərbaycan derbisi olub. Beləki heyətində yığmamızın kapitanı Ayşən Abduləzimovanın forma geyindiyi "Vaşaş" klubu 2-ci tur çərçıvəsində yığmamızın digər üzvü - Nikalina Başnakovanın şərəfini qoruduğu "Kapoşvar"ın qonağı olub. Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə bitib. "Vaşaş"ın heyətində 20 xal toplayan Ayşən komandasının ən məhsuldar oyunçusu olub. Maraqlıdır ki, ev sahibinin heyətində isə eyni nəticə ilə Başnakova fərqlənib. İki turdan sonra "Vaşaş" 3 xalla Superliqanın A qrupunda 3-cü, aktivində 1 xalı olan "Kapoşvar" isə qrupda 6-cıdır.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]