Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə uğurlu əməliyyatları davam edir

Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə uğurlu əməliyyatları davam edir

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234.1; 237.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Müalicə Müəssisəsində saxlanılan məhkum Nahid Nazim oğlu Əliyevin yaşadığı Maştağa qəsəbəsində fərdi yaşayış evinin həyətində torpağa basdıraraq gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür.
 


Faktla bağlı araşdırma aparılır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]