Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq - VİDEO

Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq - VİDEO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.

 

 

Festival bu ilin 13-20 noyabr tarixlərində Polşa Respublikasının Torun şəhərində keçiriləcək.
 

"EnergaCAMERIMAGE" qısametrajlı sənədli filmlər kateqoriyasında Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən ACADEMY AWARD® (Oskar) kvalifikasiyası ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERIMAGE”da müvafiq bölmədə “Qızıl Qurbağa” mükafatçıları Akademiya qaydalarına uyğun olması şərti ilə Akademiya Mükafatlarında (Oskar) nəzərdən keçiriləcək.
 

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.
 

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
 

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.
 

Məlumat üçün qeyd edək ki, əfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, kinorejissor Fariz Əhmədovun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.
 

EnergaCAMERIMAGE festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqəsində iştirak edən filmlərin siyahısı festivalın rəsmi veb saytında aşağıdakı linkdə yer alıb:

https://camerimage.pl/en/sklad-konkursu-krotkometrazowych-filmow-dokumentalnych-2021/
 

Film haqqında qısa məlumatla aşağıdakı linklərdə tanış ola bilərsiniz:
 

Filmin saytı: https://www.thelastonethemovie.com/
 

Filmin treyleri: https://youtu.be/FN2WkhZwvkY
 

Filmin Facebook səhifəsi: https://www.facebook.com/thelastonefilm2021/
 

Filmin Instagram səhifəsi: https://www.instagram.com/thelastonefilm2021

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]