Anar Kərimov şəhid ailələri ilə görüşüb - FOTO

Anar Kərimov şəhid ailələri ilə görüşüb - FOTO

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində nazir Anar Kərimovun şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşü baş tutub.

 

 

Tədbiri ön sözlə açıq elan edən Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə qonaqları salamladıqdan sonra şəhid mədəniyyət işçilərinə həsr olunmuş “Səhnədən səngərə” layihəsinin əhəmiyyətindən bəhs edib. Həmçinin 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
 

Tədbir iştirakçılarını səmimi salamlayan Anar Kərimov şəhid ailələri və qazilərin daim diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu səpkidə mühüm layihələrin həyata keçirildiyini bildirib.
 

Nazir şəhid valideynlərinə müraciət edərək:”Bu görüş bizim üçün həm də ona görə dəyərlidir ki, siz bizə şəhidlərimizin əmanətisiniz. Ən ali, müqəddəs duyğuları onlara məhz siz aşılamısınız, qəlblərinə mərdlik, sevgi toxumları səpmisiniz” deyib.
 

Tədbir şəhidlərin doğmalarına Fəxri Diplomların təqdim olunması və Anar Kərimovun ailələrlə masa ərafında səmimi söhbəti ilə davam edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]