İşğaldan azad edilmiş ərazilərdən dəmir daşıyanlar saxlanıldı

İşğaldan azad edilmiş ərazilərdən dəmir daşıyanlar saxlanıldı

İşğaldan azad edilmiş ərazilərdən dəmir daşıyanlar saxlanıldı

 

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

 

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində işğaldan azad edilmiş Çaylı kəndinə stasionar postlardan kənar yollarla daxil olan şəxslər, Tərtər şəhər sakinləri Tahir Vəliyev və İlham Rüstəmli kənd ərazisində saxlanılıblar.

 

 

Onların gəldikləri avtomobilin yük yerinə baxış keçirilən zaman dəmir metalları aşkar edilərək götürülüb.

 

 

T.Vəliyev və İ.Rüstəmlinin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndəriliblər. Məhkəmənin qərarı ilə onların hər biri 8 gün müddətinə inzibati qaydada həbs ediliblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]