Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: YENİLİKLƏR, İXTİSASLAŞMA VƏ MODERNLƏŞMƏ

Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: YENİLİKLƏR, İXTİSASLAŞMA VƏ MODERNLƏŞMƏ

Cavadxan Qasımov:NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: YENİLİKLƏR, İXTİSASLAŞMA VƏ MODERNLƏŞMƏ 


Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

 

Hər bir ölkənin dayanıqlı iqtisadi inkişafının və səmərəli sosial siyasətinin mühüm göstəricilərindən birini də onun təhsil imkanlarının diqqətdə saxlanılmasından, etibarlılığının və dayanıqlılığının artırılması sahəsindəki tədbirlərin dinamikliyindən olduq qədər asılıdır. Bu bir həqiqətdir ki, ölkəmizdə insan amilinin hərtərəfli qayğı ilə əhatə olunması, onun bir səmərəli və gəlirli kapital olaraq dəyərləndirilməsi vacib amillərdən biri olaraq özünü hər addımda göstərməkdədir. Təbii ki, insan kapitalı milli iqtisadiyyatlar üçün çox faydalı ehtiyatlar olmaqla, digər sahələrdən üstünlüyü ilə seçilməkdədir. Buna görə də davam edən milli iqtisadi islahatlar müstəvisində insan kapitalının diqqətdə saxlanılması və onun yaradıcı proseslərdəki fəal iştirakının motivasiya olunması dövlətimizin aktual məsələlərindən birini təşkil etməkdədir. Bu istiqamətdə əlbəttə ki, mühüm tədbirlərdən biri olaraq təhsilalma, ixtisaslaşma və etibarlı kadr ehtiyatları olaraq formalaşma kimi amillər özünün səmərəli nəticələri ilə müşayiət olunmaqdadır. Bunlar da, istər orta, istərsə də ali təhsil sahəsindəki müasir çağırışlar nəzərə alınmaqla islahatların davamlılığının təmin olunması, innovasiyaya, texnoloji inkişafa və şaxələndirməyə dayanan təhsil metodolojiyasının təşəkkülündən ibarət olmaqdadır.

 

Çox sevindirici haldır ki, hazırda ölkəmizdə ali təhsil şəbəkəsinin ardıcıl, dinamik və koordinasiyalı bir sistem əsasında qurulması, bu sahədə strukturlaşmanın, təşkilatlanmanın və ən yeni kefiyyətlərin həyata keçirilməsinin güclü əsasları yaradılmışdır. Məhz bu mənada, son illərin çox yüksək inkişaf potensialı, modern təhsil standartlarının tətbiqi və reallaşması, bununla da, məhsuldar nəticələrin hədəflənməsi fonunda müəyyən etdiyi hədəflərin əlaçatanlığı sahəsində fasiləsiz uğurlara imza atan Naxçıvan Dövlət Universietinin uğurları bizlərə qürur verməkdədir. Təbii ki, inkişafın hazırkı mərhələsində hər bir ali məktəbin fəaliyyətinin səmərəliliyi bir çox tərəfləri ilə yanaşı, eyni zamanda:

 

- orada təshil standartlarının mütərəqqi əsaslarla tətbiqinin bütün mərhələlər üzrə reallaşmasındakı təminatlılıq;

 

- ixtisaslaşmanın və mütəxəssis hazırlığının güclü elmi və nəzəri əsaslara söykənməklə həyata keçirilməsi;

 

- bu gündən gələcəyə doğru peşəkar, təcrübəli və proseslərə düzgün yanaşmağı bacaran kadr hazırlıqlarının müasir dövrün tələbləri nəzərə alınmaqla reallaşması;

 

- elmin, axtarışın və araşdırmanın nəticələrinin istehsalata tətbiqi ilə maşayiət olunan və bununla da, davamlı xarakterə malik olan texnoloji təsisatların əlçatanlığının təmin olunması;

 

- dünya elminə, təhsilinə, təcrübəsinə çıxış imkanlarının daha müasir dəyərlər əsasında qurulması, daha doğrusu, beynəlxalq əməkdaşlıqların mövcudluğu, inkişafı və çoxistiqamətliliyinin təminatından ibarət olmaqdadır.

 

Məhz bütün bunların əsasında qeyd etmək olar ki, Naxçıvan Dövlət Universiteti özünün elm, təhsil və tədris proseslərinin vəhdətindən ibarət olan potensialla:

 

- hər bir abituriyentin tələbəsi olmağı arzuladğı ali məktəb;

- hər bir tələbənin görmək istədiyi tədqiqat və təhsil strukturu;

- və hər bir mütəxəssisin gələcəkdə qürur duyacağı biliklər mərkəzi ünvanını qazanmaqdadır.

 

Universitetimizin hazrıda reallaşdırmış olduğu layihələri, daha yeni və daha əhatəli təhsil imkanları məqsədilə əldə etmiş olduğu razılaşmalar yuxarıda sadaladığımız amillərin ardıcıllığını davam etdirməyə imkan verməkdədir. Burada etibarlı təhsil məqsədilə müəllimlərlə tələbələrin davamlı müzakirəslərindən, diskusiya və disputlarından ibarət olan davamlı nailiyyətləri yaxın gələcəkdə daha geniş hüdudlarda görə biləcəyik.

 

Artıq ötən ilin dekabr ayında yaradılan və cari ilin iyun ayında təməli atılan Texnoparkın tikintisi uğurla davam etməkdədir. Texnopark bütün istiqamətlər üzrə universitetimiz üçün uğurlu olacaq. Burada :

 

- elmi araşdırmaların intensivliyinin təmin olunmasına əlverişli zəmin olacaq;

- nəzəriyyədən təcrübəyə keçidin çox səmərəli mexanizmin ortaya qoyulması mümkün olacaq;

- tələbələrlə ünsiyyətin, onların elmi çevikliyinin, axtarış vərdişlərinin daha da inkişafına təminat yaranacaq;

- tələbələrlə müəllimlərin qarşılıqlı bilik, təcrübə və yanaşma mübadiləsinin, həmçinin ortaq nəticələrin yayımlanmasına çox səmərəli mühit formalaşacaq;

- sadalanan mərhələlər əsasında müəllim və tələbələrin beynəlxalq və nüfuzlu ali məktəblərlə səmərəli əməkaşlıqlarında tamamilə yeni bir keyfiyyət mərhələsinin başlanğıcı qoyulmuş olacaq ki, bu da nəticə etibarı ilə, milli təhsilimiz, ali məktəbimiz, sosial siyasətimiz, gənclərimiz və təbii ki, cəmiyyətimiz üçün zəruri olacaq.

 

Texnoparkın yaradılması Naxçıvan Dövlət Universitetinin təhsil perspektivlərinin şaxələndirilməsinə və buradakı təhsilin texnoparkın yaradılması baxımından yetkinliyinə verilən qiymət olaraq çox dəyərlidir. Dünya təcrübəsində universitet texnoparklarının yaradılması məhz ali məktəblərin potensialları nəzərə alınmaqla təmin olunur. Bu həm də ali məktəbimizlə iqtisadiyyatın aparıcı sahələrinin olduqca faydalı olan işbirliyinin nəticəsi kimi də əhəmiyyətlidir. Burada, təbii ki, onu qeyd etmək yerinə düşər ki, muxtar respublikamızda iqtisadiyyatın aparıcı sahəsi olan və əsas makroiqtisadi göstərici kimi ÜDM-nin strukturunda ilk yerdə təşəkkül tapan sənayenin bundan sonrakı inkişafında və ya öz növbəsində sənayenin universitetin qarşıdakı dövrlər üzrə hədəflərinin daha da əlçatan olmasında texnoparkın əhəmiyyəti böyük olacaq. Çünki, ölkədə milli iqtisadi quruculuq prosesləri müstəvisində sənayeləşmə siyasətinin uğurla davam etməsi ilə eyni vaxtda universitetimizdə Texnologiya parkının yaradılması sonrakı mərhələlər üzrə fəaliyyətin qurulması, tənzimlənməsi və perspektivliliyinin artırılması istiqamətində olduqca əhəmiyyətli olacaqdır. Məlumdur ki, hazırda, ölkənin müxtəlif regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 13 sentyabr 2019-cu il tarixdə Şərur Sənaye Məhəlləsi yaradılmışdır. Bu, təbii ki, qarşıdakı dövrlərdə muxtar respublikada, onun şəhər və rayonlarında, həmçinin istehsala və ona xidmət edən sahələrdə fəaliyyətin şaxələndirilməsinə etibarlı zəmin yaratmış olacaqdır.

 

Bir sözlə, nəzəri baxımdan, Texnopark, eyni zamanda, universitetlərin:

- məcmu elmi araşdırma nəticələrinin gəlirliliyində;

- buradakı elmi tədqiqatların iqtisadiyyatın və digər sahələrin aktual problemlərinin həlli istiqamətindəki səmərəliliyinin artırılmasında və bununla da, özünün cəlbedici olmasında;

- biliklərin, nəzəriyyələrin və ideyaların reallıqla sintezinin təmin olunmasındakı üstünlüklərinin davamlılığında müstəsnalıq gətirəcəkdir.

 

Naxçıvan Dövlət Universitetində istər bakalavr, istərsə də magistratura təhsili pillələrində tədrisin təşkili və ixtisaslaşma proseslərinin idarə olunmasında Texnoparkın gələcək fəaliyyət və perspektivlərinin nəzərə alınması həm də kadr ehtiyatlarından səmərəli istifadənin təminatlılığını göstərməkdədir. Aydındır ki, bu sahədə ali məktəbin mövcud potensialı və onun əsasında reallaşdırmış olduğu yeni layihələr daha səmərəli olacaqdır. Beynəlxalq əməkdaşlıqların daha da inkişafı və çoxistiqamətliliyinin hədəflənməsi, ikili diplom layihələrinin həyata keçirilməsi, nüfuzlu xarici universitetlərlə tələbə və müəllim mobilliyinin nəzərdə tutulması, bir sözlə, dünya təhsilinə inteqrasiyanın güclü əsaslarının yaradılması məhz Naxçıvan Dövlət Universitetinin artıq bugünü və gələcəyi üçün çox gərəklidir. Elə Texnoparkın yaradılması müəllim və tələbə birliyinin bu amillər əsasında beynəlxalq indeksli nüfuzlu elmi jurnalllarda çox müxtəlif araşdırma sahələri ilə bağlı məqalələrinin yayımlanmasına və onlara istinadların geniş əhatədə formalaşmasına imkan yaradacaq.

 

Eyni zamanda, universitetdə digər ixtisaslarda da müasir dünya çağırışlarına uyğun olan ingilis dilinin tədrisinin həyata keçirilməsi və uğurla öyrədilməsi Texnoparkın fəaliyyətində beynəlxalq əməkdaşlığı sürətləndirməsi ilə yanaşı, həm də dünyaya çıxış imkanlarının daha da artması üçün zəminə çevrilmiş olacaq. Xüsusilə, ingilis dilində iqtisadiyyat ixtisasına artıq ikinci tədris ilində uğurlu qəbulun olması həm də gəncl nəslin işıqlı gələcəyinin təminattı üçün mühit yaratmaqdadır.

 

Bütün bu potensialla, Naxçıvan Dövlət Universiteti islahatların inkişafın, tərəqqinin səsi olmağa davam edir. İstər bakalavr, istərsə də magistr sahələri üzrə kadr hazırlıqlarının həyata keçirilməsi, onlarla işlərin düzgün qurulması hər iki pillə üzrə ixtisaslaşanların gələcəyin güvənilir və peşəkar mütəxəssisi olacaqlarına inam yaratmaqdadır. Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin Rektoru tərəfindən magistratura pilləsində təhsil alan birinci və ikinci kurs magistrantlarla keçirilən görüşdə də onların universitetin kadr potensialının daha da inkişaf etdirilməsində, xüsusilə, etibarlı tədris proseslərində və elmi araşdırmalarda, beləliklə, pedoqoji heyətin daha dinamik fəalliyyətinin təmin olunmasında magistrantların çevik olacaq iştirakından söz açıldı. Nəzərə alsaq ki, universitetdə Texnoparkın istifadəyə verilməsindən sonrakı dövrlərdə xüsusilə, gənclərin-tələbələrin daha fəal iştirakına yer veriləcək, onda bu sahədə magistr proqramları üzrə təhsilini davam etdirən gənclərin, həm də müasir dünya çağırışları ilə səsləşə biləcək gənclərin fəaliyyətinə ehtiyac var və bunun üçün universitet onlarla əməkdaşlığa hazırdır.

 

2 hektar sahədə tikintisi uğurla davam etdirilən Texnopark xüsusilə, yeni ideyaların, startap layihələrinin və yaradıcı təşəbbüslərin irəli sürülməsi və dəstəklənməsi fonunda səmərəli biznes mühitinin yaradılmasında və sahibkarlıq subyektlərinin fəallığının daha da artırılmasındakı rolu ilə öz faydalılığını artırmış olacaq. Zəruri avadanlıqlarla, o cümlədən, işgüzar mühit üçün avantajlı olacaq Texnopark çoxistiqamətli struktur bölmələri ilə universitetin mövcud potensialının artırılmasına zəmin yaratmış olacaq. Bu sahədə:

- rezidentlərlə münasibətlərin düzgün təşəkkülündə;

biznes inkubatorlarının məqsəduyğunluğunda, məhsuldarlığında və uzunmüddətliliyində;

- Sənaye Park və Məhəllələrinin gələcək inkişaf mərhələlərində perspektivlərinin təmin olunmasında;

- müvafiq sosial və iqtisadi istiqamətli strukturlarla qarşılıqlı əlaqələrin qurulması əsasında elmi müzakirələrin, məsləhət xidmətlərinin, dəyirmi masaların keçirilməsində;

- yeni və daha perspektivli layihələrin irəli sürülməsi və onların reallaşdırılması sahəsindəki tədbirlərin axıcılığında və digər mərhələlərin əlaqəliliyinin təmin olunmasında Texnoparkın rolu və əhəmiyyəti böyük olacaq.

 

Beləliklə, Naxçıvan Dövlət Universiteti ölkəmizin millli təhsilin inkişafı sahəsində qarşıdakı dövrlər üzrə hədəflərinin daha da əlçatan olmasında mühüm keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Bu sahədə Texnoparkın yerinə yetirəcəyi tədbirlərin hüdudları və əhatəsi də geniş olacaq. Davamlı islahatlar müstəvisində reallaşan tədbirlər ali məktəbimizi daha böyük uğurlara doğru inamla aparacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]