Akif Ağayev: Vətən müharibəsi şəhidi Famil Əlizadənin ölümündən bir il ötür +FOTO=10

Akif Ağayev: Vətən müharibəsi şəhidi Famil Əlizadənin ölümündən bir il ötür +FOTO=10

Akif Ağayev: Vətən müharibəsi şəhidi Famil Əlizadənin ölümündən bir il ötür +FOTO=10

 

 

 

Oktyabrın 22-də Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhidi Famil Habil oğlu Əlizadənin xatirəsi anılıb.

 

İldönümü mərasimində şəhidin doğmaları ilə yanaşı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin üzvləri Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri iştirak ediblər.

 

Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsindən, şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından bəhs edib: ”Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsini şanlı Qələbə ilə başa vurduq. Böyük Zəfərimizi qısqanclıqla qarşılayan bəzi ermənipərəst dövlətlər mənfur qonşularımızı müdafiə etməklə, onlara silah yardımı göstərməklə belə heç nəyə nail ola bilmədilər. Haqq mübarizəsi aparan Azərbaycan dövlətinin yanında olan, 44 gün davam edən uğurlu hərbi əməliyyatlar zamanı bizə dəstək verən ölkələr də oldu.

 

İşğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edilməsində, tarixi qələbənin qazanılmasında Masallı oğullarının, Famil Əlizadənin də payı var.

 

Vətən müharibəsində şanlı tarix yazan igidlərimizlə, canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən cəsur qazilərimizlə fəxr edir, qürur duyuruq. Onlara hər zaman borclu olduğumuzu vurğulayan rayon rəhbəri diqqətə çatdırıb ki, müstəqil Azərbaycan dövləti var olduqca şəhidlərimiz qəlblərdə əbədi

 

yaşayacaq.
Mərasimdə torpaq uğrunda canından keçən Famil Əlizadənin və bütün igid Vətən oğullarının ruhuna dualar oxunub, onlara Allahdan rəhmət, ailələrinə səbr dilənib.

 

İki qardaş ölkənin birlik və bərabərliyindən bəhs edən türkiyəli qonaq Zəki bəy şəhid atasına “Gəncliyə Yardım Fondu”nun hədiyyəsini təqdim edib.

 

Şəhidin atası Habil Rəhimov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

 

Sonra şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.
Cəsur döyüşçünün məzarı önündə çıxış edən MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Ərkivan qəsəbə 3 nömrərli tam orta məktəbinin direktoru Rahib Babayev, direktor müavini Bəsirə Cəlilova qəhrəman şəhidin həyat və döyüş yolundan danışıb, məktəbin şagirdləri və şəhidin bacısı qızı – 6 yaşlı Elay Vətənə, şəhidlərə, Famil Əlizadəyə həsr edilən şeirlər söyləyiblər.

 

Çıxışlarda bildirilib ki, Əlizadə Famil Habil oğlu 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə qəsəbədəki 3 nömrəli tam orta məktəbi bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub.

 

İkinci Vətən müharibəsi başlanan gündən cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan F.Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Hər dəfə qızğın döyüşlərin önündə gedənlərdən olub Famil. Oktyabrın 21-də şəhidlik zirvəsinə yüksəlib.

 

Şəhid əsgər Famil Əlizadə subay idi. Ailədə bir bacı, iki qardaş olublar.

 

2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin vaxtilə yaşadığı küçəyə onun adı verilib.

Akif AĞAYEV,
jurnalist-publisist,
MASALLI.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]