Azərbaycanın Zəfər missiyası məhz Füzuli rayonundan başlamışdır

Azərbaycanın Zəfər missiyası məhz Füzuli rayonundan başlamışdır

Sentyabrın 27-də düşmənə, öz yerini göstərmək üçün hərəkətə keçən Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixə əbədi həkk olunacaq səhifələri yazdı. Ötən il 17 oktyabrda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa televiziya ilə müraciət edərək Füzuli şəhərinin azad olunduğu mühüm xəbəri çatdırdı. Bununla yanaşı, rayonun bir neçə kəndi də işğaldan azad edildi, Füzuli rayon mərkəzindən düşmənin ayağı kəsildi, şəhərdə Azərbaycan bayrağı dalğalandırıldı. 
Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın oz ata-baba yurdlarına qayıtması təmin edildi. Əsas məsələlərdən biri də məhz Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Azad edilən ərazilərdə kifayət qədər çox sayda texnika və sursat qoyub geri çəkilən düşmən bütün istiqamətlər üzrə, xüsusilə də Füzuli rayonu ərazisində canlı qüvvə baxımından da ciddi itkilərə məruz qalmışdır. Ermənistan işğalçıları Azərbaycan Ordusununun zərbələri nəticəsində öz mövqelərini tərk etməsi mənəvi-psixoloji və taktiki üstünlüyün Ordumuzun tərəfinə keçməsinə səbəb olmuşdur. Qeyd etmək istəyirəm ki, 17 oktyabr tarixi həm füzulilərin yaddaşına, həm də tariximizə silinməz izlərlə həkk olundu. Bəli, bu Zəfər bayramını Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuz bizlərə yaşatdı. Biz bu  gün  xalqımızın  tarixində  ən  şərəfli  dövrü  yaşayırıq.
Füzuli rayonu olduqca zəngin infrastruktura və tarixi abidələrə malik olan ərazidir. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. İşğal nəticəsində bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılmışdır. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri surətlə davam etdirilir. Füzuli rayonunun azad olan ərazilərinə 12 dəfə səfər etmiş Prezident İlham Əliyev bütün bərpa-quruculuq işlərinə şəxsən nəzarət etməyi hər kəsin gözü önündədir. Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrdən biri də məhz hava limanlarıdır. Burada olan aeroportlar nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaqdır. Cəmi 8 ay ərzində tikilən Füzuli hava limanınında bu barədə özünəməxsus rolu olacaqdır. Eyni zamanda, “Ağıllı kənd” texnologiyalarının tətbiqi də həmin ərazidə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına böyük şərait yaradacaqdır. 
Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə milli bayramlarımızla bağlı Milli Məclis “Müstəqillik Günü haqqında” qanunu qəbul edərək 18 Oktyabrı -Dövlət Müstəqilliyinin Bərpası Günü etdi.
Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlətimizin başçısı bu məqama da toxunaraq vurğulayıb ki, bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu.
Tarixə də nəzər salsaq görərik ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Naxçıvan parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyasında muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırıldı.
Məhz Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Müstəqil Azərbaycanımız Əbədi Yaşasın!


Ayna Novruzova, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]