Daşkənddə "Nizami Gəncəvi:Şərqin böyük şairi" adlı tədbir keçirilib - FOTO

Daşkənddə "Nizami Gəncəvi:Şərqin böyük şairi" adlı tədbir keçirilib - FOTO

Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn qonaqlar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsinə əklil və çiçəklər düzüblər. Qonaqlar Mədəniyyət Mərkəzindəki Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi və Xalça Muzeyinə baxıb, mərkəzdəki kurs və dərnəklərin işi ilə tanış olublar.


Qonaqların iştirakı ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzi ilə birgə “Nizami Gəncəvi:Şərqin böyük şairi” adlı tədbir keçirib.


Tədbirdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənddə özbək dilinə tərcümə və çap etdirdiyi “Xəmsə” sinin təqdimatı baş tutub.


Təqdimat mərasimində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn qonaqlarla yanaşı Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr iştirak edib.


Kitabxana-İnformasiya Mərkəzinin direktoru Dildora Abduazizova qonaqları salamlayıb və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıqdan danışıb. O, böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin Daşkənddə özbək dilində çap olunmasını ölkənin mədəni həyatında böyük hadisə adlandırıb.


Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin həyata keçirdiyi layihələrdən  danışıb, indiyədək 90-dan çox kitabın özbək dilində çap edildiyini bildirib. O deyib ki, böyük özbək şairi Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq  “Xəmsə” yaradıb və dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Özbəkistanda Əlişir Nəvai nə qədər sevilirsə, Nizami Gəncəvi də, Məhəmməd Füzuli də, İmadəddin Nəsimi də o qədər sevilir. O deyib ki, bu il Azərbaycanda Nizami Gəncəvi ili elan olunub. Özbəkistanda Əlişir Nəvainin həyat və yaradıcılığı ilə ba]lı müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur.


Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, Özbəkistan bir il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib.  


Qənirə Paşayeva iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğuna toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşmasının vacibliyini söyləyib.


Özbəkistan Ali Məclisiniin deputatı, şair və tərcüməçi Gülbahar Səidqani qızı Azərbaycan ədəbiyyatını çox sevdiyini, bu xalqın şairlərini tez-tez mütaliə etdiyini bildirib. O deyib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycanın şair və yazıçılarının əsərlərini özbək dilində çap etdirməsi təqdirəlayiq haldır. Sonra Gülbahar Səidqani qızı Azərbaycanın klassik şairlərinin əsərlərindən parçalar söyləyib.


“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov qurumun xətti ilə keçirilən tədbirlərdən danışıb, deyib ki, Azərbaycanda Nizami Gəncəvi, Özbəkistanda Əlişir Nəvai ilinin keçirilməsi bir daha sübut edir ki, ölkələrimiz milli mədəni dəyərlərinə sadiqdir.  


Alim və tərcüməçi Babaxan Şərif söyləyib ki, Azərbaycan və Özbəkistan müntəzəm olaraq bu ölkələrdə keçirilən müxtəlif mədəni tədbirlərdə fəal iştirak edir. Bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki dost ölkənin mənafeyinə uyğundur.


Özbəkistandakı “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıqdan danışıb, müxtəlif ölkələrin görkəmli simalarına  akademik adı verildiyini diqqətə çatdırıb. X. Bababekov Qənirə Paşayevaya akademiyanın tarix elmləri doktoru adının verildiyini bildirib və bununla bağlı vəsiqəni sahibinə təqdim edib.


Qənirə Paşayeva Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafı ilə bağlı fəallıq göstərən şəxslərə Milli Məclisin Mədəniyyət Komitəsinin diplomlarını təqdim edib.
Sonra qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.


Azərbaaycanın Xalq artisti Gülyanaq Məmmədova və özbək müğənniləri Azərbaycan və özbək dillərində mahılar ifa edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]