Pyatiqorskda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir təşkil edilib - FOTO

Pyatiqorskda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir təşkil edilib - FOTO

Rusiya Federasiyasının Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti 18 öktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş toplantı keçirib.
 

Diaspor təşkilatının ofisində baş tutan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
 

Toplantıda “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, sədr müavinləri Cavanşir Zeynalov və Namiq Məmmədov, “Araz”ın nəzdindəki gənclər təşkilatının fəalları Araz Məhərrəmov və İlqar Kamil, Rostov vilayətindən, Qaraçay-Çərkəz Respublikasından, Minvod və Yessentuki şəhərlərindən gələn qonaqlar – Leyla Əhmədova, Haqverdi Məmmədov, Eldar Babayev, Fərhad Əhmədov və başqaları çıxış ediblər. Natiqlər bu əlamətdar tarixi hadisə münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik edib, müstəqilliyimizin bərpasının 30-cu ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılamaqdan qürur duyduqlarını bildiriblər.  
 

Toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin “Təşəkkürnamə”lərinin Fərhad Əhmədova, Haqverdi Məmmədova və Eldar Babayevə təqdim edilməsi ilə yekunlaşıb. Soydaşlarımız bu təltifə diaspor fəaliyyətinə bəxş etdikləri töhfələrə görə layiq görülüblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]