Abşeron və Sumqayıt üzrə Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş - FOTO

Abşeron və Sumqayıt üzrə Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş - FOTO

Oktyabrın 21-də Abşeron rayonu və Sumqayıt şəhəri üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Sumqayıt və Abşeron üzrə Vətən müharibəsində iştirak edən 11 təhsil işçisi, Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, şəhid Qoşqar Ömərovun atası Səxavət Ömərov iştirak ediblər.


Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.


Əvvəlcə Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin adını daşıdığı, I Qarabağ döyüşlərində şəhid olmuş Bəxtiyar Cəfərovun büstünün önünə gül dəstələri düzülüb.


Qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olub, kimya, fizika laboratoriyalarında, STEAM otaqlarında keçirilən dərsləri izləyiblər.


Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Təhsil nazirinin müavini Muxtar Məmmədov çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsində məktəblərin, müəllimlərin rolundan danışıb. Yaşanılan şanlı tarixin, qazanılan zəfərin ümumi təhsil müəssisələrində tədrisinin vacibliyinə toxunan nazir müavini təhsil ocaqlarında qazilərlə mütəmadi görüşlərin təşkilinin əhəmiyyətinə diqqət çəkib.


Muxtar Məmmədov çıxışının sonunda Vətən müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edib və onlara uğurlar arzulayıb.  


Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış edərək xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.


Görüşdən sonra tədbir iştirakçıları Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilən "Zəfərdən yaşıl düşüncəyə" adlı ağacəkmə aksiyasında iştirak edib, məktəbin həyətyanı sahəsində ağac əkiblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]