Nəriman Abdullayev: Bu çempionatda güclü rəqabət olacaq. Çünki boksçular həm medal, həm də pul qazanmaq istəyəcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Nəriman Abdullayev: “Bu çempionatda güclü rəqabət olacaq. Çünki boksçular həm medal, həm də pul qazanmaq istəyəcəklər” -İNTİQAM təqdim edir (AZpress.AZ)

Nəriman Abdullayev: “Bu çempionatda güclü rəqabət olacaq. Çünki boksçular həm medal, həm də pul qazanmaq istəyəcəklər” -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Oktyabdın 24-dən noyabrın 6-dək Serbiyanın paytaxtı Belqradda kişilər arasında boks üzrə növbəti dünya çempionatı keçiriləck. Çempionatda iştirak edəcək Azərvaycan komandası hazırda Bakı Boks Mərkəsində mundala hazırlıq prosesinin son mərhələsini davam etdirir. Komandanın dünya çempionatına hazırlıq səviyyəsini ve eləcə də digər məqamlara aydınlıq gətirmək üçün yığmanın toplantı yerində olub və böyük məşqçisi Nəriman Abdullayevlə görüşdük.

 

Bildiyiniz kimi, bu çempionat Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Çempionat əvvəlkilərdən fərqli olaraq bir qədər uzun cəkəcək. Beləki oktyabrın 24-də startı veriləcək mundial noyabrın 6-da başa çatacaq. Bu da çempionatın AİBA (Beynəlxalq Həvəskar Boks Federasiyası) tərəfindən tətbiq edilən yeni qaydalarla keçiriləcəyindən irəli gəlir. İndi əvvəlki kimi yarış 10 deyil, 13 çəki dərəcəsində keçiriləcək. BOK (Beynəlxalq Olimpiya Komitəsi) çəki dərəcələrini azaldaraq 10 şəkidən 8 çəkiyə salmışdı. Lakin AİBA-nın prezidenti Umar Kremlevin təşəbbüsü ilə çəki dərəcələri artırılaraq 13 olub”.

 

Nəriman müəllim, mundialın başlamasına saylı günlər qalıb. Bu yarışda ölkəmizi təmsil edəcək yığmanın heyətini müəyyanləşdirmisinizmi?

 

Komandamız oktyabrın 21-də yola düşəcık. Biz mundialda iştirak edəcək boksçuların adını AİBA-ya göndərmişik. Komandamız çempionata tam heyətlə deyil, 9 boksçu ilə qatılacaq. Heyətə Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92) cəlb edilib. Bunların arasında komandaya təzə cəlb edilənlər də, yığmanın heyətində uzun yol gedərək titul qazanan təcrübəli boksçular da var.

 

Bəs dediyiniz yeni qaydalara görə hansı çəkilərdə ölkəmiz təmsil olunmayacaq və bunun səbəbi nədir? Bu çıkilərdə boksçularımız yoxdur ki?

 

Yox, elə deyil. Hər çəkidə boksçumuz var. Sadəcə bu yeni çəkiləri çox gec elan etdilər. Mundialın başlanmasına 18 gün qalmış AİBA belə bir qərar verdi. Fikirləşdik ki, 18 günə yeni çəkidə mundiala hazırlaşmaq o qədər də effektli olmayacaq. Yeri gəlmişkən, yeni qaydalar rinqə çıxan rəqiblərin əlcəklərinə də tətbiq ediləcək. Belə ki, əvvəllər rəqiblər rinqə fərqli rəngdə olan əlcəklə çıxırdılar. İndi isə hər iki boksçu ağ əlcəklə vuruşacaq. Amma rinqin küncləri yenə də qırmızı və göy rəngdə olacaq. Onu da deyim ki, biz mundialda 48, 54, 67 və 80 kq çəki dərəcəsində təmsil olunmayacağıq. Bunun da səbəni dedim.

 

Nəriman müəllim, mundiala gedəcək boksçularımızın hazırlıq səviyyəsi necədir və onlardan yüksək nəticələr gözləmək olarmı?

 

Əlbəttə ki, biz boksçularımızın hazırlıq səviyyəsindən razıyiq və onların mundialda layiqli döyüş keçirəcəklərinə inanırıq. Amma bir sey də var ki, çempionatda döyüşlər çox çətin olacaq. Bunun da əsas səbəblərindən biri yenə də yeni qaydalardır. Belə ki, ilk dəfə olaraq, çempionatda qalib və mükafatçılara yüksək məbləğdə pul veriləcək. Hamı istəyəcək ki, həm medal, həm də pul qazansın. AİBA bu mundial üçün 2,6 milyon dollar məbləğində mükafat fondu təşkil edib. Bildiyimə görə, hər çəkinin qalibi 100, ikinci yerin sahibləri 50, üçüncülərsə 30 min dollar qazanmış olacaqlar. Bax elə buna görə də mundialda güclü rəqabət olacaq. Hamı bu fürsətdən yararlanmaq uçun maksimum gücündən yararlanmaq istəyəcək. Əlbəttə ki, hamı kimi bizim boksçular da bu yarışa çox ciddi hazırlaşıb. Düzdür, pandemiya ilə əlaqədar olaraq, bir müddət bizi zala buraxmadılar. Bütün məşqlərimiz çöldə - açıq havada keçib. Təxminən 15-18 məşqdir ki, biz zala keçmişik.

 

Mundiala gedəcək boksçular arasında daha çox güvəndiyiniz kimdir?

 

Hər bir komandanın lideri olduğu kimi, bizim komandanın da lideri var. Mən hesab edirəm ki, bizim liderimiz Tokio-2020-dən medalla dönən Alfonso Dominqesdir. Ondan bu çempionatda da medal gözləyirik. Alfonsodan başqa digər boksçularımızın da uğurla çıxış edəcəyinə inanırıq. Biz Tayfurla Məhəmmədə də eyni ümidlə baxırıq. Amma burada uğur qazanmaq uçün püşkatmadan da çox şey asılıdır. Bizim boksçunun hansı ölkə boksçusu ilə düşəcəyinin böyük əhəmiyyəti var. Rəqibimiz güclü ölkə təmsilçisi də ola bilər, zəif ölkənin də. Məsələn götürək Kuba komandasını. Bu komandanın heyətində 4 nəfər hazırkı dünya çempionu var – Endi Kruza Qomes, Ranielya İqlesiase, Arlen Lopes və Xulio La Kruza. Bizim boksçumuz Alfonso Tokio Olimpiadasının yarımfinalında məhz Lopesə uduzdu. Lopes isə bununla ikiqat Olimpiya çempionu adını qazandı.

 

Komandanın hazırki hazırlıq səviyyəsi sizi bir məşqçi və mütəxəssis kimi qane edirmi?

 

Əlbəttə. Onu deyə bilərəm ki, biz mundiala yüksək səviyyədə hazırlaşmaq uçün əlimizdən gələni etmişik. Boksçularımızın yüksək səviyyədə hazırlaşmaları üçün bütün imkanlardan yararlanmağa çalışmışıq. Amma, bununla belə tam qane olmaq da mümkün deyil. Bu isə pandemiya ilə əlaqədar olan bir şeydir.

 

Nəriman müəllim bu pandemiya dediyiniz demək olar ki, yalnız bizim ölkədə deyil, bütün dünyanı bürüyüb və o baxımdan da hamı bunun əziyyətin eyni çəkib.

 

Bilirəm. Düzü bunu səbəb kimi göstərmək istəmirdim. Amma baxıram ki, deməmək də olmur. Axı biz həqiqtən də bu problemlə üzləşmişik. Bir daha qeyd edim ki, pandemiya üzündən biz zalda cəmi 15-18 dəfə məşq edə bilmişik. Bütün bunlara baxmayaraq, iddiamızda qalırıq.

Söhbətləşdi: İntiqam Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]