Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikalıların Kralı Əlahəzrət Filipə təqdim edib

Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikalıların Kralı Əlahəzrət Filipə təqdim edib

19 oktyabr 2021-ci ildə səfir Vaqif Sadıqov Belçikalıların Kralı Əlahəzrət Filipə etimadnaməsini təqdim etmişdir.
 

Etimadnamə təqdim edildikdən sonra Kral Filip yeni təyinatı münasibətilə səfir Vaqif Sadıqovu təbrik etmiş və ona gələcək vəzifələrində uğurlar arzulamışdır.
 

Səfir Vaqif Sadıqov da öz növbəsində Prezident İlham Əliyevin Kral Filipə səmimi salamlarını və xoş arzularını çatdıraraq, Belçika Kralını ona uyğun bir zamanda Azərbaycana səfərə dəvət etməkdən məmnun olacaqlarını bildirmişdir. Kral Filip səmimi salamlarına görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirmiş, onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
 

44 günlük müharibədən sonrakı vəziyyət barədə danışan səfir Vaqif Sadıqov işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa işləri və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşması baxımından Azərbaycanın güclü siyasi iradəyə malik olması barədə Kral Filipi məlumatlandırmışdır.
 

Azərbaycanın enerji siyasəti və Avropa İttifaqı ilə əməkdaşlığına toxunan səfir Vaqif Sadıqov yaşıl enerjinin yeni dinamikasından bəhs etmiş və Azərbaycandan Avropaya hidrogen tədarükünün mövcud təbii qaz infrastrukturu vasitəsilə nəql edilməsi imkanları haqqında məlumat vermişdir.
 

Belçikanın işgüzar dairələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir, Belçika şirkətlərinin Azərbaycandakı layihələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində iştirakının arzulanan olduğunu bildirmişdir.
 

Kral Filip sonda Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladığını qeyd etmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]