Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək Prezident seçkilərini izləyəcəklər

Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək Prezident seçkilərini izləyəcəklər

Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 21-də bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfərə yola düşəcək.


Vitse-spiker Fəzail İbrahimli və nümayəndə heyətinə daxil olan İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidə edəcəklər.


Deputatlarımız seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.


Səfər oktyabrın 25-də başa çatacaq.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]