Gülağa Tənha : İlham Əliyev bütün dünya Azərbaycanlılarının zəfər və qəhrəmanlıq simvoludur

Gülağa Tənha : İlham Əliyev bütün dünya Azərbaycanlılarının zəfər və qəhrəmanlıq simvoludur

Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının başlanğıcı idi.Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: " Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi uğurlu və məqəsdyönlü inkişaf siyasəti, respublikamızın yüksəlişi xalqımızı sürətlə qələbəyə yaxınlaşdırdı. Aparılan siyasətin hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi və bötövlüyün qorunması üçün tarixi şəraitin formalaşmasını təmin etdi. Müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri də sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğudur. Silahlı Qüvvələrin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesi bizi qələbəyə daha da yaxınlaşdırdı.

Qələbə qazanmış bir xalq olaraq tezliklə Qarabağa doğma torpaqlarımıza qayıdış haqqında düşünürük. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar yenidən qurulacaq, 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Azərbaycan dövləti onların layiqli həyatını təmin edəcək. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə heç bir mənfi təsir göstərməyib.
Beləliklə, “Dəmir yumruq” –Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi.Bu parad dosta qürur, düşmənə göz dağı oldu. Bu müharibə dövründə əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyənin hər dəfə Azərbaycanın yanında olması bütün dünyaya xüsusi mesaj oldu.

İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev bütün dünya Azərbaycanlılarının zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]