Uşaqlarda koronavirusun əlamətləri nələrdir?

Uşaqlarda koronavirusun əlamətləri nələrdir?

Uşaqlarda koronavirusun əlamətləri nələrdir? 

 

Tanınmış həkim-pediatr Yevgeni Komarovski azyaşlılarda koronavirusun əlamətlərinin və simptomlarının necə təsbit olunacağını açıqlayıb.

 

Komarovski uşaq orqanizminin virusla daha asan mübarizə apardığını vurğulayıb.

 

O bildirib ki, uşaqlarda koronavirusun başlıca əlamətləri ishal və qusmadır:

 

"Nəfəs alma tezliyinin pozulması, arxa nahiyədə qaşınma və digər şübhəli məqamlarda mütləq həkimə müraciət edilməlidir. Koronavirusla mübarizə yolları kimi selikli qişanı qorumaq, bol su içmək, ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmamaq məsləhətdir".

 

Uşaqların nadir hallarda koronavirusdan öldüyünü qeyd edən Komarovski əlavə edib ki, virus fonunda uşaqda əvvəldən kəskin patoloji xəstəliklər olarsa, bu hal mümkündür. 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]