Milyonlarla dollar gəlir qazandılar

Milyonlarla dollar gəlir qazandılar

Azərbaycan kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazlarının 5 illik tədavül müddəti 17 oktyabr tarixində yekunlaşdı. SOCAR İstiqrazlarının 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1 milyon 250 min dollarlıq faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürüldü. Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatmış oldu.
 


2016-cı ildə buraxılmış SOCAR İstiqrazları tədavül müddəti boyunca bir çox uğura imza atdı:
 

-  Abunə yazılışı dövründə istiqrazlara iki dəfədən artıq tələb gəldi;
 

-  Təkrar bazar əməliyyatlarının həcmi 202 milyon dolları üstələdi;
 

-  2500-dən artıq əqd bağlandı;
 

-  Vətəndaşlarımız üçün alternativ investisiya imkanı təqdim edildi;
 

-  Əvvəllər kapital bazarlarında iştirak etməmiş yüzlərlə fiziki şəxs ilk dəfə istiqraz sahibi oldu;
 

-  Yerli kapital bazarlarımıza yeni investorların qazandırılmasına stimul verdi;
 

-  5 illik müddət ərzində Bakı Fond Birjasında korporativ istiqrazlarla bağlanan əqdlərin 91%-i, əməliyyat həcminin isə 75%-i SOCAR İstiqrazlarının payına düşdü;
 

-  Repo əməliyyatlarının həcmi 36 milyon dolları ötdü;
 

-  Rüblük faizləri itirmədən, istiqrazları banka girov qoymaqla, aşağı faizli kredit götürülməsinə imkan yaratdı;


-  5 il ərzində Birjadakı mümkün ticarət günlərinin 72%-indən çoxunda SOCAR İstiqrazları ticarət olundu;
 

-  Rüblük faiz ödənişləri daim qrafikə uyğun aparıldı;
 

-  Marketmeyker vasitəsilə likvidlik davamlı təmin edildi.
 

Xatırlatmaq istərdik ki, hazırda yeni SOCAR İstiqrazlarının abunə yazılışı davam edir (29 oktyabradək.) 1 və 5 saylı “ASAN” xidmət mərkəzlərindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə edilməsi mümkündür. İlkin istiqraz sahibləri də hazırda davam edən abunə yazılışında iştirak edə bilərlər. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaq və faizləri rüblük qrafiklər əsasında ödəniləcək. Yeni istiqrazların da tədavül müddəti 5 ildir.
 

*19 99 çağrı nömrəsi daim investorların xidmətindədir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]