Azərbaycan Dillər Universitetində "Çunyan" Çin bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetində "Çunyan" Çin bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çunyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunan tədbir keçirilib.


Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı bayramın yaranması əfsanəsini danışıb. R. Abbasov həmçinin bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı “yan” haqqında danışıb.


Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağa qalxma mərasimi, düyü unundan hazırlanaraq ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatları haqqında danışıb. O, bildirib ki, bayramda əcdadlarının xatirəsi ehtiramla yad edilir və bayramın rəmzi olan beşqatlı kökə – “çunyan gao” hazırlanır.


Tədbirdə XX əsr dövlət, siyasi və partiya xadimi, müasir Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin və Van Veyin bayrama həsr olunmuş şeirləri səsləndirilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]