ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində "Azərbaycan Günü" elan edilib - FOTO

ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində "Azərbaycan Günü" elan edilib - FOTO

ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində “Azərbaycan Günü” elan edilib.
 

Ştatın Roli, Şarlotta, Durham, Keri, Fayetville və Apeks şəhərlərində 18 Oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə bəyannamələr qəbul edilib.
 

Bəyannamələri Apeks şəhərinin meri Jak Jilber, Durham şəhər meri Stiv Sevel, Şarlotta şəhər meri Aleksandr Layles, Roli şəhər meri Meri-Ənn Bolduin, Keri şəhər meri Harold Veyinbrext imzalayıblar.
 

Bəyannamələrdə bildirilib ki, Amerika Birləşmiş Ştatları müasir Azərbaycan Respublikasının (Naxçıvan və Qarabağ bölgəsi daxil olmaqla) ərazi bütövlüyünü, dövlət suverenliyini və müstəqilliyini qeyd-şərtsiz dəstəkləyir. Amerika-Azərbaycan Dostluq Təşkilatının Şimali Karolinada mədəni müxtəlifliyin zənginliyinə, iqtisadi rifaha töhfə verdiyi, son 30 il ərzində dünyada təxminən bir milyon soydaşımızın və Azərbaycan əsilli amerikalıların 18 oktyabr tarixini Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd etdikləri, ulu babalarının Azərbaycanda və Cənubi Qafqaz regionunda azadlıq və demokratiyanın yayılmasında misilsiz xidmət göstərdiklərinə böyük ehtiramla yanaşdıqları nəzərə çatdırılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]