AzTU-nun 100 assistenti Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək

AzTU-nun 100 assistenti Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda “AzTU-nun Türkiyədə - 100 assistent tədris-tədqiqat proqramı” haqqında məsələ müzakirə olunaraq qəbul edilib. Qeyd olunub ki, proqram çərçivəsində AzTU-da müasir biliklərə malik kadrların yetişdirilməsi məqsədilə magistratura səviyyəsində təhsil alan II kurs tələbələridən yüksək göstəriciləri olanlar və assistentlər arasından ümumilikdə 100 nəfər seçilərək 5 ay müddətində tədris-tədqiqat proqramında iştirak etmək üçün Türkiyəyə göndəriləcək.  
 

Bundan başqa, AzTU-da universitet-sənaye iş birliyinin, magistratura və doktorantura səviyyələri üzrə işlərin müasir tələblərə uyğun təşkili, yüksək ixtisaslı kadrların hazırlanması üçün Yüksək Təhsil İnstitutunun yaradılması təklifi də müzakirə olunaraq qəbul edilib.  
 

Müasir dövrün və əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların təhsili üçün mühitin təmin edilməsi məqsədilə Distant və əlavə təhsil şöbəsinin adı dəyişdirilərək Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi, Dil Mərkəzinin adı dəyişdirilərək Texniki Terminologiya Mərkəzi adlandırılıb.
 

İclasda AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası layihəsi də müzakirə olunub.
 

Bundan başqa, AzTU-da tədris işinin təşkili, rəqəmsallaşma və layihələrin idarə olunması, sosial və kommunikasiya işlərinin təkmilləşdirilməsi barədə də müzakirələr aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]