SƏNAN HAMININ ÖVLADIDIR… (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=6)

SƏNAN HAMININ ÖVLADIDIR… (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=6)

SƏNAN HAMININ ÖVLADIDIR… (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=6)

 

 

 

Masallı rayonunun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun il mərasimi

 

Xəbər verdiyimiz kimi bu gün, 14 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Sənan Nasif oğlu Səlimovun anım mərasimi keçirilmişdir.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak etmişlər.

 

Masallı rayonunun icra başçısı cənab Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Sənanın qəhrəmanlıq yolundan söhbət açaraq qeyd edib ki, o, təkcə Nasifin yox, indi bütöv Azərbaycanın, bütün dünya azərbaycanlılarının, hamının övladıdır. Sənanlar bizə əyilən vüqarımızı, qürurumuzu qaytardılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…

 

Sənan 1 aprel 2001-ci il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdur.
2008-2017-ci illərdə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbində 9-cu sinfə qədər təhsil almışdır.
2019-ildə SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanmışdır.

 

Azərbaycan Ordusunun əsgəri Sənan Səlimov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Təzə Alvadı kənd qəbiristanlığında dəfn edilmişdir.
Sənan subay idi...

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

 

Şəhid Sənan Səlimovun ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.
ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]