Beynəlxalq Vokal ifaçılarının Bakı Musiqi Akademiyasında konserti +FOTO=5

Beynəlxalq Vokal ifaçılarının Bakı Musiqi Akademiyasında konserti +FOTO=5

Beynəlxalq Vokal ifaçılarının Bakı Musiqi Akademiyasında konserti +FOTO=5

 

16 oktyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında “II Azərbaycan Beynəlxalq Vokalçıları Festivalı” çərçivəsində Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “100 ilin sərvəti” adlı konsert keçirilmişdir.

 

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayı tərəfindən təşkil olunur. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycanın əməkdar artisti Ramil Qasımovdur.

 

Festivalın əsas məqsədi ölkədə klassik musiqinin inkişafı və təbliği, gənc nəsil arasında yüksək musiqi zövqünün formalaşdırılmasıdır. Oktyabrın 15-dən 20-dək davam edəcək festivalda Azərbaycan və dünya klassiklərinin inciləri ölkənin aparıcı musiqi kollektivlərinin müşayiəti ilə tanınmış azərbaycanlı və xarici vokalçılar, həmçinin istedadlı gənc ifaçılar tərəfindən səsləndiriləcək. Bununla bərabər beynəlxalq festival çərçivəsində maraqlı konsertlər, musiqi axşamları, təqdimatlar, ustad dərsləri, habelə, elmi və praktiki konfranslar və digər fəaliyyətlərin keçirilməsi nəzərdə tutulub.

 

“Azərbaycan Beynəlxalq Vokalçəları Festivalı” çərçivəsində Musiqi Akademiyasının yubileyinə həsr olunmuş konsertdə Ü. Hacıbəyli, F. Əmirov, M. Maqomayev, Niyazi, G. Hendel, V. Motsart, C. Puççini, Vincenzo di Kiara və s. kimi bəstəkarların məşhur operalarından ariyalar, habelə, romanslar respublika və beynəlxalq müsabiqələr laureatları olan vokalçılar - Leyla Baxışova, Emin İsmayılov, Fidan Məmmədzadə, Ruslan Persan, Nailə Xasıyeva, Sübhan Rüstəmov, Lalə İbrahimova, Fatimə CəfərzadəUrfan Cəfərov tərəfindən dinləyicilərə təqdim olunub.

 

Vurğulamaq lazımdır ki, “100 ilin sərvəti” adlı konsert tədbirində Azərbaycanın Xalq artistləri - Fidan Qasımova, Xuraman Qasımova, Gülnaz İsmayılova, Natəvan Şeyxova-Seyidzadə, Əməkdar artist, Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının baş müəllimi İlham Nəzərov, dosent Svetlana Mirzəyeva-Əhmədovanın yetirmələrinin ifasında Ü. Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”, Ü. Hacıbəylinin “Sənsiz” qəzəl-romansı, “Koroğlu” operasından “Nigarın ariyası”, T. Quliyev “Sevgilim”, F. Əmirov “Azərbaycan elləri”, F. Əmirov “Sevil” operasından “Dilbərin mahnısı”, Niyazi “Arzu”, M. Maqomayev “Odlar Yurdu Azərbaycan”, o cümlədən, G.Hendelin “Yuli Sezar” operasından “Sestonun ariyası”, C. Puççininin “Bohema” operasından “Müzettanın valsı”, “Canni Skikki” operasından “Laurettanın ariyası”, V.Motsartın “La clemenza di tudo” operasından “Publiyanın ariyası”, Vincenzo di Kiara “La Spaniola” kimi əsərlərin səsləndirilməsi dinləyici auditoriyası tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

 

“II Azərbaycan Beynəlxalq Vokalçıları Festivalı” çərçivəsində Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı Respublika və beynəlxalq müsabiqələr laueratı Urfan Cəfərovun ifasında görkəmli bəstəkar M. Maqomayevin “Odlar Yurdu Azərbaycan” əsərinin təqdimatı ilə gurultulu alqışlarla başa çatmışdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]