Kokuari "Böyük Dəbilqə"də bürünc uğrunda güləşəcək- İNTİQAM təqdim edir (AZpress.AZ)

Kokuari "Böyük Dəbilqə"də bürünc uğrunda güləşəcək- İNTİQAM təqdim edir (AZpress.AZ)

Kokuari "Böyük Dəbilqə"də bürünc uğrunda güləşəcək 

 

Oktyabrın 16-da Fransanın paytaxtı Parisdə kişi və qadın cüdoçular arasında startı verilən reytinq xarakterli "Böyük Dəbilqə" turniri artıq başa catmaq üzrədir. Turnirin bu günə təsadüf edən üçüncü və sonuncu günü 3 təmsilçimiz tatami üzərinə çıxaraq, mübarizəyə qatılıb. Təəssüflər olsun ki, bu üçlükdən yalnız biri - Uşanqi Kokuari (+100 kq) yarımfinala qədər irəliləyə bilib. Startda ev sahiblərindən olan Emre Sanal, ardından isə seneqallı Mbaqnik Nidayeni udaraq yarımfinala çıxan cüdoçumuz bu mərhələdə rusiyalı İnal Tasoyevlə bacarmayıb. İndi isə qarşıda onu hollandiyalı Yuro Spaykerslə bürünc medal uğrunda görüş gözləyir.

 

Onunla son gündə tatamiya çıxan digər təmsilcilərimizə gəlincə, Murad Fətiyev (81 kq) elə startdaca almaniyalı Tim Qramkova, Məmmədəli Mehdiyevsə (90 kq) Fransadan olan Aleksis Matyeyə uduzaraq, mübarizəni erkən dayandırıb.

 

Xatırladaq ki, yarışın geridə qalan günlərində iki cüdoçumuz uğurla çıxış edərək mükafatçılar arasında yer alıb. Bunlardan Balabəy Ağayev (60 kq) turnirin qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medalını qazanıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]