Ömür klinkasında Şəhid anaları və xanımları üçün tibbi müayinə aksiyası keçirdi - FOTO

Ömür klinkasında Şəhid anaları və xanımları üçün tibbi müayinə aksiyası keçirdi - FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi YAP Sabunçu təşkilatı ilə birlikdə Ömür klinkasında Şəhid anaları və xanımları üçün tibbi müayinə aksiyası keçirdi.
 


"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı, Ömür klinikasının tibbi dəstəyi ilə  44 günlük Vətən müharibəsinin 1-ci ildönümü münasibəti ilə Şəhid anaları və xanımlarına tibbi dəstək göstərmək məqsədilə aksiya keçirildi.


Aksiya çərçivəsində  40 dan çox Şəhid anaları və xanımları üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil olundu.


Tibbi aksiya ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuat açıqlamasında bildirdi ki, 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq müqəddəs Şəhidlik zirvəsinə ucalmış Şəhidlərimizin anaları və xanımlarına diqqət və qayğı ilə yanaşaraq mənəvi dəstək olmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır.


Birliyin icraçı direktoru onu da bildirdi ki, bu cür ictimai, siyasi, sosial tibbi əhəmiyyətli tədbirləri təşkil etməkdə əsas məqsəd Preziden Cənab  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri ilə bağlı müvəfəqiyyətlə həyata keçirdikləri ictimai, siyasi kursu əsas götürərək 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fədakarcasına döyüşərək Şəhidlik şəhadətinə qovuşmuş Şəhidlərimizin anaları və xanımlarına hər cür diqqət və qayğı ilə yanaşı tibbi cəhətdən də dəstək olmaqdır.


Birlik rəsmisi xüsusi olaraq vurğuladı ki, İctimai Birlik tərəfindən Yeni Azərbaycan Partiyası və sosial tərəfdaşlarla birlikdə bu sayaq şəhid ailələri və qazilərə,müharibə iştirakçılarına qayğı yönümündə ictimai, siyasi, sosial, tibbi, mənəvi dəstək yönümlü layihə və ictimai təşəbbüslər gələcəkdə də uğurla davam etdiriləcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]