AZAL hava gəmiləri parkına yeni Boeing 787 Dreamliner təyyarələri əlavə edə bilər

AZAL hava gəmiləri parkına yeni Boeing 787 Dreamliner təyyarələri əlavə edə bilər

14 oktyabr 2021-ci il, Bakı - Oktyabrın 14-də Bakı şəhərində AZAL-ın prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşmüşdür. Görüşdə həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak etmişdir.
 

Görüş çərçivəsində "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün yeni Boeing 787 Dreamliner təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər “Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı Dreamliner təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud Boeing 757, Boeing 767 və Airbus A340 təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.
 

Müvafiq təklif hazırlandıqdan sonra “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaqdır.
 

Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki Boeing 787-8 Dreamliner təyyarəsini istismar edir. Qeyd etmək lazımdır ki, AZAL postsovet məkanında Boeing 787-8 Dreamliner təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi “Azərbaycan Hava Yolları”nın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcəkdir.
 

Görüş zamanı tərəflər AZAL və Boeing arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]