BDU və "British Council" təşkliatı arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

BDU və "British Council" təşkliatı arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr quran, nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramlarını həyata keçirən Bakı Dövlət Universiteti (BDU) beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir.


Bu gün BDU-da “British Council” təşkilatının nümayəndələri ilə görüş keçirilib.


Görüşdə BDU-nun rektoru Elçin Babayev, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo, ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova, Cənubi Qafqaz üzrə imtahan meneceri Nərgiz Əkbərova iştirak ediblər.


BDU-nun rektoru Elçin Babayev BDU-nun fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində işlədiyindən danışan rektor qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.


“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr və onların uğurlu nəticələrindən bəhs edib, iki qurum arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq bu əlaqələrin gələcək inkişaf perspektivlərini diqqətə çatdırıb.


Görüşdə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, dünyanın ən qədim mədəni əlaqələr təşkilatı olan “British Council” 1934-cü ildə qurulub. Xarici ölkələrdə ilk ofisləri 1938-ci ildən fəaliyyət göstərməyə başlayıb. Təşkilat gənclərin öz potensiallarını reallaşdırmaq, güclü və əhatəli cəmiyyətlərdə fəaliyyət göstərmək üçün onlara lazım olan bir sıra bacarıqları və imkanları qazanmalarına kömək edir. Bundan başqa, insanların ingilis dilini öyrənmələrinə, yüksək keyfiyyətli təhsil almalarına və beynəlxalq səviyyədə yüksək bacarıqlara yiyələnmələrinə dəstək olur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]