GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#patı Patı satanlar polis tərəfindən saxlanıldı

 

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax şəhərində yaşayan İlhamə Ağayeva saxlanılaraq RPŞ-yə gətirilib.

 

Şəxsi axtarış zamanı ondan heroin və marixuana aşkar edilərək götürülüb.

 

Dindirilmə zamanı onun narkotik vasitələri Yevlax şəhər sakini Ziyad Qurbanovdan aldığı müəyyən edilib. Z.Qurbanov polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.

 

Onun üzərinə baxış keçirilən zaman isə metamfetamin, marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

 

Faktla bağla Yevlax RPŞ-də araşdırma aparılır.

 

=======================================


#qətl Ər arvadını mübahisə zamanı qətlə yetirdi

 

Oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

=========================================


#şəhid Şəhidləri təhqir edən şəxsə cinayət işi açıldı

 

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər yayılmışdı.

 

Hadisə Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


“Həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

 

=========================================

 

#gizir Azərbaycan Ordusunun hərbçisi intihar etdi

 

Azərbaycan Ordusunun hərbi qulluqçusu - gizir Namin Ruslan oğlu Məmmədov intihar edib.

Bu barədə məlumat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hadisə oktyabrın 14-də baş verib. Gizir Namin Məmmədov məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, gizir Namin Məmmədovun İkinci Qarabağ Müharibəsinin iştirakçısı olduğu və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildiyi bildirilir.

 

=========================================

 

#Rusiya Qanunsuz Rusiyaya geyim keçirmək istəyən şəxs saxlanıldı

 

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanındakı gömrükdən 200 kq-dan çox Türkiyə istehsalı olan müxtəlif geyimləri öz üzərlərində və baqajlarında qanunsuz yollarla keçirmək istəyən iki Azərbaycan vətəndaşı saxlanılıb.

 

Bu barədə TASS agentliyi yazıb.

 

Məlumata görə, azərbaycanlılar İstanbul-Sankt-Peterburq aviareysi ilə gəlib və qanunla müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədən keçirmək istəyiblər.

 

Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda bəyan edilməyən 465 adda geyim aşkarlanıb.

 

========================================


#intihar Binaya çıxıb intihar etməyə cəhd edən şəxsi fikrindən daşındırdılar

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Bu barədə FHN məlumat yayıb.

 

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

 

=========================================

 

 #ov Qanunsuz ovla məşğul olanlar saxlanıldı

 

Çöl ördəklərini qanunsuz ovlayan və onları nümayiş etdirərək əcnəbiləri ov etməyə çağıran şəxslə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

 

Bu barədə Xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

 

Onun sözlərinə görə, həmin şəxsin İmişli şəhər sakini Razi Səmədov olduğu müəyyən edilib.

 

Xidmət rəisi bildirib ki, faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndəriləcək.

 

=========================================

 

#kartof Rusiyadan gətirilən 67 ton kartof məhv edildi

 

“ZE-DENT” MMC tərəfindən Rusiyadan ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna baxış keçirilib.

 

Agentlikdən  verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.


Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib.

 

Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

 

 

==========================================

 

#park İsmayıllıda ov edənlər saxlanıldı

 

Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinləri Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb.

 

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4000 manat məbləğində cərimələnib”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]