"29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü"nə həsr edilmiş Onlayn Elmi Konfrans keçiriləcək

"29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü"nə həsr edilmiş Onlayn Elmi Konfrans keçiriləcək

29-30 oktyabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən “29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: imkanlar və gələcək perspektivlər" mövzusunda Onlayn Elmi Konfrans həyata keçiriləcəkdir.


2 gün ərzində həyata keçiriləcək konfransda “Neyrovaskulyar xəstəliklərdə anatomiya və ateroskleroz”, “Xronik və kəskin neyrovaskulyar çatışmazlıqda nevrolojik, cərrahi və endovaskulyar müalicə”, “İnsultlu xəstələrə reanimasion yanaşma və kəskin beyin qanaxmaları”, “İnsult mərkəzi və reabilitasiya” mövzularında ümumilikdə 4 paneldə 13 məruzə dinləniləcək, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həkimlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün sual-cavab sesiyaları təşkil olunacaq.


Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya onlayn sertifikat veriləcək.


Tədbirin akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.


Tədbirdə iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!


Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!


Proqramla tanış olmaq üçün linkə keçid edə bilərsiniz:

https://customshospital.az/.../uploads/2021/10/proqram.pdf


Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/Rkg3MxKshEeDrGEE6

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]