Partlayıcı hərbi sursat və minalar: Təhsil Nazirliyi, Avropa İttifaqı, ANAMA və UNICEF proqrama başlayır - FOTO

Partlayıcı hərbi sursat və minalar: Təhsil Nazirliyi, Avropa İttifaqı, ANAMA və UNICEF proqrama başlayır - FOTO

 

Oktyabrın 15-də UNICEF, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsində tərəfdaşlığın 2022-ci ilədək genişləndirilməsi məqsədilə Birgə Fəaliyyət Planı imzalanıb.


İmzalanma mərasimində UNICEF tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, ANAMA və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş uşaq və ailələrə dəstək məqsədilə Birgə Fəaliyyət Planının təqdimatı olub.


Bildirilib ki, müharibənin partlayıcı qalıqları və minalar münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan ailələr üçün ən böyük təhlükələrdən biri olaraq qalmaqdadır. Proqramdan təxminən 20000 uşaq daxil olmaqla 100 000 insanın faydalanacağı gözlənilir. Avropa İttifaqının təqdim etdiyi humanitar maliyyə yardımı sayəsində bu proqram uşaq və  ailələrin maarifləndirilməsinə töhfə verəcək. Proqram çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair müxtəlif maarifləndirici tədbirlərin, o cümlədən ehtiyacların qiymətləndirilməsi, məlumatlandırıcı materialların hazırlanması, icma və məktəb əsaslı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]