Lerikdə abadlıq-quruculuq işləri geniş vüsət alıb -(FOTO=5, Ağaddin Babayev)

Lerikdə abadlıq-quruculuq işləri geniş vüsət alıb -(FOTO=5, Ağaddin Babayev)

Lerikdə abadlıq-quruculuq işləri geniş vüsət alıb-(FOTO=5, Ağaddin Babayev)

 

Lerikdə sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının icrası istiqamətində uğurlu infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilir.

 

Azpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, rayon üzrə kommunal və sosial xidmətlərin həcmi xeyli yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, yeni parklar salınıb və ya əsaslı təmir edilərək yenidən qurulub.

 

Lerik şəhərinin bir neçə küçəsində səkilər yenidən qurulub, eyni zamanda şəhər küçələri asfaltlaşdırılıb, kəndara yollarında təmir-bərpa işləri aparılıb. Bu işlərin davamı olaraq rayonun Osnağaküçə və Xəlifəküçə kəndlərinin asfaltlaşdırılması həyata keçirilib.

 

Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev ötən gün kənd yollarında aparılan asfaltlaşdırma işlərinin gedişi ilə maraqlanaraq xidmətlərin müasir tələblər səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıqlarını verib.

 

Rayon rəhbəri həmçinin Xəlifəküçə kəndində “Şəhidlər abidə kompleksi”nin tikintisi ilə də yaxından tanış olub.

 

Sakinlər yaradılmış əlverişli şəraitə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]