Üçüncü Avrasiya Qadınlar Forumunun açılış mərasimi keçirilib - FOTO

Üçüncü Avrasiya Qadınlar Forumunun açılış mərasimi keçirilib - FOTO

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.


Oktyabrın 14-də Forumun açılış mərasimi olub. Mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak edib.


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti açılış mərasimində iştirak edib.


Sonra Forum müxtəlif mövzularda sessiyalarda öz işini davam etdirib.


Sessiyalarda Milli Məclisin komitə sədri Hicran Hüseynova “Sosial dəyişikliklər – 2030. İnklüziv davamlı inkişafa nail olunmasında qadınların missiyası”, deputatlardan Pərvin Kərimzadə “Qadın alimlər müasir dövrün qlobal çağırışları qarşısında”, Sevinc Fətəliyeva “Qadınların missiyası: sağlam bu günümüz və gələcəyimiz uğrunda”, Ülviyyə Həmzəyeva “Dünya pandemiya dövründə və ondan sonra. Buna hazırlığımız”, Fatma Yıldırım isə “Qadınların sülh diplomatiyasının və etimadın inkişafındakı missiyası” mövzularında çıxışlar  ediblər.


Deputatlarımız çıxışlarında Azərbaycanda qadın siyasəti sahəsində görülən işlər, gender bərabərliyi, qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində iştirakı, onların siyasi həyatda təmsilçiliyi və digər məsələlər barədə fikirlərini bölüşüb, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildiriblər.


Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa işgüzar səfəri çərçivəsində oktyabrın 13-də Üçüncü Avrasiya Qadın Forumunun plenar sessiyasında çıxış edərək ölkəmizdə həyata keçirilən qadın siyasəti, dünyada qadınların artan rolu barədə məlumat verib. Səfər çərçivəsində spiker Sahibə Qafarova həmçinin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə də görüşüb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]