Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin təmirinə başlanılıb +FOTO=3

Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin təmirinə başlanılıb +FOTO=3

Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin təmirinə başlanılıb +FOTO=3

 

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Nərimanov rayonu ərazisində 1800 metr uzunluğa malik Ağa Nemətulla küçəsinin agentlik tərəfindən əsaslı təmiri işlərinə start verilib.

 

 

Hazırda küçənin Mirzə Uluqbəy küçəsi və Heydər Əliyev prospektləri arasında yerləşən hissəsi təmir edilir. Növbəti mərhələdə Heydər Əliyev prospektindən Montin qəsəbəsinə doğru olan hissəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

 

 

Uzunluğu 1.8 km təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Başladılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib.

 

 

Hazırda küçə boyu köhnə səki daşlarının söküntüsü işləri aparılır.

 

 

Daha sonra küçənin köhnə örtüyü sökülərək yeni asfalt-beton örtüklə əvəz ediləcək, mövcud piyada səkiləri bərpa olunacaq, xüsusi parkinq yerləri yaradılacaq.

 

 

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sisteminin bərpa olunması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması da nəzərdə tutulub.

 

 

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu ərazisində ilin sonuna qədər 10.4 km uzunluğa malik 16 küçənin təmiri nəzərdə tutulur ki, onların böyük bir hissəsində təmir işləri artıq yekunlaşdırılıb.

 

 

Qeyd edək ki, 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

 

YOLUNUZ AÇIQ OLSUN... 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]