"Balalarının arxasınca ağlamağı mənim heç vaxt yadımdan çıxmaz" Nuriyyə Hüseynova ilə "Üzə-düz" - VİDEO

"Balalarının arxasınca ağlamağı mənim heç vaxt yadımdan çıxmaz" Nuriyyə Hüseynova ilə "Üzə-düz" - VİDEO

Nuriyyə Hüseynova- MTV Azərbaycan- “Üzə-düz” verilişi

 

 


“Təhsil aldığım dönəmlərdə mənə çox elçilər gəlirdi. Amma valideynlərim deyirdi ki, səni öz yerlilərimizdən başqa heç kimə ərə vermərik. Icazə də vermirdilər ki, məni istəyən hansısa oğlanla görüşüm, danışım, tanışım olum. Belə şeylər heç vaxt yaşamadım. Elə məsələlər var ki, mən ilk dəfədir bu barədə sizə deyirəm. Həyat yoldaşım da məktəbə arxamca gəlirdi, onunla da görüşməyə izn vermirdilər. Mənə salam verirdi, gedirdim ki, yaxın gəlməsin. Hətta dayılarım deyirdi ki, sən bizimçün əmanətsən, biz sənin valideynlərinə nə cavab verərik? Hər zaman diqqətli olmalıyam. Ona görə də heç kimi yaxınıma buraxmırdım, ürküb qaçırdım. Özümü müstəqil sevmək, sevilmək, sevgi nədir heç bilmədim, yaşamadım da. Dayım həyat yoldaşım barədə dedi ki, yaxşı oğlandır, təhsilli, əxlaqlı, ev-ailə qədri bilən bir insandır. Dedi, seçimə qalarsa, istərdim onunla ailə qur. Tamam bitdi... Mənim dayım ağıllıdır, o dedisə, vəssalam. Mən həyat yoldaşımla üz-üzə də gəlmirdim ki, tanış olaq, içimizdə sevgi yaransın. Xoşum gəlməsə də etiraz edə bilməzdim. 17 yaşım var idi. Yoldaşımın üstün cəhətləri olmasa idi, mən onunla ailə qurmazdım. Bu gün də peşman deyiləm, gözəl övladlarım var”.
 


“Oğlum hərbi həkimdir. Bir gün axşam evə gəldi ki, ana mən sabah Qarabağa gedirəm. Müharibədən 15 gün keçirdi. O dönəm hamımız üçün həssas idi. Indi vaxt da yaxınlaşdıqca, biz o şeyləri yaşayırıq. Hər kəsin balası da mənim balamdır. Orada vuruşur, döyüşür, yaralanır. Dedi ana getməliyəm, çünki onları Bakıya gətirincə, gec olur. Əşyalarını topralayıb mən onu yola salanda onun balalarının onun dalınca ağlamağı mənim heç vaxt yadımdan çıxmaz. Getdi orada çox işlər gördü. Mən fəxr edirəm ki, oğlum kimisə həyata qaytara bilib. Bu onun məsləyi idi. Hadrutda, Füzulidə, Cəbrayılda ən son işi oldu Laçında. Ayağını sındırıb gəlmişdi, 1 ay evdə qaldı”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]