MEK tərəfindən kitabxanaçılar üçün ixtisasartırma təlimləri öz işinə başlayıb +FOTO

MEK tərəfindən kitabxanaçılar üçün ixtisasartırma təlimləri öz işinə başlayıb +FOTO

MEK tərəfindən kitabxanaçılar üçün ixtisasartırma təlimləri öz işinə başlayıb +FOTO

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün əlavə peşə təhsili (ixtisasartırma) təlimlərinə start verilib.
Kitabxanaçıların peşəkar fəaliyyətinin artırılması məqsədilə təşkil olunan təlimlər, 10 nəfərlik qruplarda iki həftə müddətinə davam edəcək.

 

Təlimlərin keçirilməsində əsas məqsəd müasir və ənənəvi kitabxana prosesləri haqqında kitabxanaçıları məlumatlandırmaq, eyni zamanda yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair metodik və nəzəri bilikləri, kitabxana-informasiya xidmətinin təşkili forma və xüsusiyyətlərini onlara aşılamaqdır. Mütəxəssis işçilər üçün səmərəli olacaq təlimlər, bu sahədə uzunmüddətli fəaliyyət göstərən ixtisaslı MEK əməkdaşları tərəfindən tədris olunacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]