MEK-də iqtisadiyyat, turizm, bank işi, kompüter elmləri, islam iqtisadiyyatının prinsiplərini əhatə edən zəngin kolleksiya mühafizə olunur +FOTO

MEK-də iqtisadiyyat, turizm, bank işi, kompüter elmləri, islam iqtisadiyyatının prinsiplərini əhatə edən zəngin kolleksiya mühafizə olunur +FOTO

MEK-də iqtisadiyyat, turizm, bank işi, kompüter elmləri, islam iqtisadiyyatının prinsiplərini əhatə edən zəngin kolleksiya mühafizə olunur +FOTO

 

Uzun illərdən bəri formalaşmaqda olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında saxlanılan universal məzmunlu nəşrlərlə yanaşı, elmi və yüksək tarixi-mədəni əhəmiyyətə malik zəngin kolleksiyalar da mövcuddur.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının Azərbaycan dilində ədəbiyyat və mübadilə fondunda mühafizə olunan çoxsaylı kolleksiyalar arasında iqtisad üzrə elmlər doktoru, professor Rüfət Kasumovun kitabları xüsusi əhəmiyyət daşıyır.

 

215-dən artıq elmi-metodiki əsərin və 250-dən çox çap əsərinin müəllifi olan R.Kasumovun kolleksiyası 2017-ci ildə özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 50 nüsxə Azərbaycan dilində, 193 nüsxə rus dilində, 161 nüsxə xarici dildə olmaqla 404 sayda nəşrdən ibarətdir.
Burada iqtisadiyyat, turizm, bank işi, kompüter elmləri, islam iqtisadiyyatının prinsiplərini əhatə edən olduqca zəngin kitablar mövcuddur ki, bu da oxucular və tədqiqatçılar üçün dəyərli mənbə hesab olunur.

 

Kolleksiayaya daxil olan nəşrlərdən “Beynəlxalq turizm bazarı”, “İslam iqtisadiyyatı”, “Turizm termin və anlayışlarının izahlı ensiklopedik lüğəti”, “Turizm və onunla əlaqəli sahələrdə işlədilən termin və anlayışların izahlı lüğəti”, “Azərbaycanda turizm”, “Azərbaycan Dövlət İqtisad Universiteti-80”, “Beynəlxalq turizmin coğrafiyası”, “Turizmin iqtisadiyyatı və idarəedilməsi”, “Рынок международного туризма : теория и практика”, “Менеджмент в социально-культурном сервисе и туризме”, “Сборник задач по высшей математике для экономистов”, “Международный туризм”, “Международное экономическое право”, “Вера в Аллаха”, “The Rise and Development of İnterest-Free Banking”, “ “University Research for Innovation”, və s. kitabların adlarını qeyd etmək olar
Xatırladaq ki, dünən 11 oktyabr Rüfət Kasumovun doğum günü idi. Alim 1944-cü ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1967-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat iqtisad institutunda işləyib. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. 1992-ci ildən 2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında dosent vəzifəsində çalışıb. 2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının professorudur.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]